Maraqlı

Apple mart ayında hansı məhsullarını təqdim edəcək?

27 Fevral 2020 22:20
0 Şərh     Baxış: 1 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple-ın mart ayında yeni iPhone SE 2 modelini təqdim etməsi gözlənilsə də, AirPods Pro Lite də dünən mətbuatda ortaya çıxan bəzi sızmalarla gündəmə gəlib. AirPods satışları ilə əlaqədar Apple səlahiyyətlilərinin üzünü güldürsə də, şirkətin AirPods X Generation olaraq yeni bir qulaqlıq təqdim edəcəyi gözlənilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu gün çıxan məlumatlara görə, Apple-ın mart ayı üçün satış məhsulları elan edilib. İPod Touch, iPad və yeni AirPods modelləri kimi bir çox fərqli məhsulun təqdim edilməsi gözlənilir.

Bu gün texnologiya təhlilçisi Con Prosser Tvitter-də bəzi vacib sızmaları paylaşıb. Analitik əvvəlcə paylaşdığı sızmalarda 399 dollar dəyərində yüksək qiymət etiketi ilə AirPods X Generation-nn təqdim ediləcəyindən söz açıb.

Bəzi məlumatlarda isə, AirPods X Generation-ın gəlməsi gözlənilərkən StudioPods adlı qulaqlığın təqdim ediləcəyi bildirilib. Bundan əlavə, Apple Tv Gen X 179.99 dollar, Apple Watch Series X Band və Apple iPod Touch X Generation-ın 399.99 dollar qiyməti ilə mart ayında satışa çıxarılması qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.