Maraqlı

Yer kürəsinə yaxınlaşan asteroidləri kənarlaşdırmaq mümkün olacaq

25 Fevral 2020 22:50
0 Şərh     Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu asteroidlə mümkün toqquşmanın qarşısını almağa kömək edəcək yeni sistem hazırlayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, mütəxəssislər yaxınlaşan asteroidin sürətini, kütləsini nəzərə alan və obyektin Yer kürəsinin qravitasiya sahəsinə daxil olmasına nə qədər vaxt qaldığını hesablayan "qərarlar xəritəsi"ni təsvir ediblər.

Sözügedən sistem hadisələrin inkişafının 3 müxtəlif variantını, yaxınlaşan asteroidin uçuş trayektoriyasının dəyişdirilməsi üçün 3 həll yolunu təsvir edir. Bu, mərminin işə salınması, lazımi xarakteristikalarını hesablamağa imkan verəcək məlumatların əldə olunması üçün asteroidə kəşfiyyatçı qurğunun göndərilməsi, mühərriklərdən istifadə edərək asteroidin uçuş trayektoriyasını müəyyən qədər dəyişdirə biləcək iki kəşfiyyatçı qurğunun göndərilməsidir. Kəşfiyyatçı qurğulardan əldə olunan məlumatların köməyilə asteroidin mərmi ilə partladılması planlaşdırılır.

Qeyd edək ki, hazırda kosmik obyektlərlə toqquşmanın qarşısının alınması üzrə rəsmi plan nüvə silahından istifadəni nəzərdə tutur. Lakin bu plan tənqidlərə məruz qalıb və effektsiz hesab edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.