Maraqlı

“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

25 Fevral 2020 08:21
0 Şərh     Baxış: 1 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qualcomm" şirkəti üçüncü nəsil "5G" modemini ("Snapdragon X60") təqdim edib. Bu, həm "mmWave", həm də "Sub-6 Ghz" şəbəkələrini dəstəkləyən 5 nm-lik ilk "5G" modemdir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni modem 7,5 Qbit/s-dək DL sürəti və 3 Qbit/s-dək UL sürəti təmin edir. "X60" modemi "5G"-nin qlobal dəstəyi üçün TDD və FDD şəbəkələrində işləyir. Bundan başqa, sözügedən modem "4G LTE" şəbəkələrini, həmçinin köhnə "3G" və "2G" şəbəkələrini dəstəkləyir.

Yeni modemin ən böyük üstünlüyü onun ölçüsüdür (5 nm).

Yeni radio standartı (VoNR) üzrə səsin ötürülməsi daha bir yeni funksiyadır. Bu funksiya "5G" şəbəkələrində avtonom yüksək keyfiyyətli səs rabitəsini təmin edir.

Yeni "Qualcomm Snapdragon X60 5G" modemi ilə təchiz edilmiş ilk qurğuların 2021-ci ilin əvvəlində bazara çıxarılacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.