Maraqlı

Warren Buffett ilə Justin Sun görüşdü

22 Fevral 2020 19:05
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Berkshire Hathaway-ın 90 yaşlı icraçı direktoru, amerikalı invesor Warren Buffett yanvarın 23-ü "Tron Foundation"-in rəhbəri Justin Sun ilə görüşüb. Justin Sun 2019-cu ilin iyun ayında Warren Buffett ilə xeyriyyə şam yeməyi üçün 4.5 milyon dollar ödəmişdi. Görüşdə həmçinin kritptovalyuta sektorunun nümayəndələri: eToro-nun investisiya portfelinin meneceri Yoni Assia, "Binance Charity Foundation"-in rəhbəri Helen Hai, Litecoin-in yaradıcısı Charlie Lee, Huobi birjasının maliyyə direktoru Chris Lee iştirak edib.

Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, nahar zamanı məşhur milyarder investisiya sahəsindəki müdrikliyi, eləcə də öz həyat təcrübəsi ilə bölüşüb. Əsas mövzusu kriptovalyutalar və rəqəmsal texnologiyalar olan görüşdə Baffet, blokçeyinin bir dəyər olduğunu etiraf edib və gələcəkdə ödəmə sistemlərinə əhəmiyyətli təsir göstərəcəyinə əminliyini bildirib. Justin Sun bitcoin kritiki olan milyarderə elektorn hesabında 1 BTC olan Samsung Galaxy Fold telefonunu və əlavə olaraq 1,930,830 TRX ( Baffetin doğum tarixinə uyğun - 1930.08.30) hədiyyə edib.

Justin Sun öz twitter hesabında "Warren Buffett-ə şam yeməyi, dəstək və məsləhətləri üçün təşəkkür edirəm. TRON-u növbəti pilləyə keçirmək barədə dəyərli məsləhətlərinizi unutmayacam" yazıb. Daha sonra şam yeməyinə 515 dollar xərclədiyini və "Mən cənab Baffetə dedim ki, BTC gələcək nəsil valyutasıdır. O isə gülərək, nəvələrinin ABŞ dolları ilə miras almağı daha üstün tuturlar qeyd etdi" yazıb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.