Maraqlı

Xərçəng əleyhinə təsir göstərən tərəvəz - Özü kimi yarpaqları da...

20 Fevral 2020 23:35
0 Şərh     Baxış: 2 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yarpaqları da özü kimi faydalı olan tərəvəzlərdən biri də turpdur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, turp və yarpaqları C vitamini ilə zəngindir. Qocalma ilə mübarizə aparır, immun sistemini möhkəmləndirir, damarların elastikliyini artırır.

Turp piylərin parçalanmasını sürətləndirir. Bu səbəbdən diyetoloqlar bu tərəvəzi arıqlamaq üçün olan pəhrizlərə tez-tez əlavə edirlər. Turp azkalorili tərəvəzdir - 100 qr turpda yalnız 16 kalori var.Turp "fitonsidlər" adlanan xüsusi maddələrlə zəngindir. Bu maddələr "təbii antibiotik"lər kimi tanınır. Fitonsidlər orqanizmdə bakteriya, mikrob, viruslarla mübarizə aparır.

Turpun tərkibində "antosian" adlanan maddə var. Bu maddə orqanizmə xərçəng əleyhinə təsir göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.