Maraqlı

SpaceX yenə tarix yazır: Kosmosa astronavt daşıyacaq

20 Fevral 2020 22:20
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astronavtların ABŞ-dan kosmosa göndərilməsi üçün Boeing ilə SpaceX arasında gedən rəqabət başa çatıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Milli Aeronavtika və Kosmos İdarəsindən (NASA) bildirilib ki, SpaceX Kosmik Stansiyası astronavtları daşımaq üçün ixtisaslaşacaq.
Hazırda Amerika Birləşmiş Ştatları (ABŞ) astronavtlarını Beynəlxalq Kosmik Stansiyaya (BKS) Rusiyanın Soyuz raketi ilə göndərir. Uçuş Qazaxıstanın Baykonur Kosmik Bazasından həyata keçirilir. Astronavtları həm öz ərazisindən, həm də öz raketləri ilə kosmosa göndərmək istəyən NASA bu tapşırığı İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkətinin yerinə yetirəcəyini elan edib.
Qeyd edək ki, 2014-cü ildə NASA astronavtların BKS-yə gediş-gəlişlərini təmin etmək üçün Boeing ilə 5,1 milyard dolarlıq, SpaceX ilə isə 3,1 milyard dollarlıq müqavilə imzalamışdı. Ancaq Boeing-in qarşılaşdığı proqram xətası bu müqavilənin gerçəkləşməsinə mane olmuşdu.
Məlumat üçün bildirək ki, Rusiya bir ABŞ astronavtını BKS-yə aparıb-gətirmək üçün 80 milyon dollardan artıq ödəniş tələb edir.

NASA-nın sonradan silinən tvitinə görə, Boeing ilə kosmik yarışdan qalib çıxan SpaceX astronavtları BKS-yə daşıyacaq ilk özəl şirkət olacaq. Şirkətdən bunun 55 milyon dollara başa gələcəyini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.