Haas F1 Team komandası yeni avtomobilini nümayiş etdirib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Haas F1 komandası yeni mövsümdə istifadə edəcəyi avtomobili təqdim edən ilk komanda olub. Yeni VF-20 ənənəvi rəng çalarlarına boyanıb - keçən il qalmaqallı Rich Energy titul sponsorundan sonra qızılı rənglərdən imtina edilib və boz, qırmızı və qara rənglərə üstünlük verilib.
Qeyd edək ki, komandanın mətbuat xidməti heç bir texniki məlumat olmadan yalnız yeni maşının görüntülərini yayımlayıb. Barselonada mövsümöncəsi testlərin ilk günü üçün real təqdimat planlaşdırılıb - yeni maşın fevralın 19-da testlərin başlamasından bir saat əvvəl pit yolunda komandanın boksları önündə nümayiş etdiriləcək.
Milli.Az f-1.az-a istinadən bildirir ki, VF-20-ni trasa əvvəlcə Kevin Maqnussen, ertəsi gün isə Roman Qrojan çıxaracaqlar. İlk üçgünlük test seriyasının son günündə hər iki Haas sürücüsü növbə ilə işləyəcək.
Günter Ştayner: "Yeni Formula 1 avtomobilinin yaradılmasını, işlənib hazırlanmasını və yığılmasını izləmək həmişə maraqlıdır. Aydındır ki, VF-20 əvvəlki avtomobilimizdən almadığımızı bizə verməlidir. Bu il qaydalar dəyişməmiş qaldığından, maşınları daha yaxşı başa düşə bildik və keçənilki maşının zəif yerlərini aradan qaldırmaq üçün işlərimizi düzgün qurduq.
Keçən il geri addım atdıq - bunu istəməzdim, amma belə hallar bir dərs olur. Hamımız nəticə çıxardıq. Komandadakı hər kəs işlərini qiymətləndirməli və daha yaxşı nəyin edilə biləcəyini tapmalı idi.
Trasda VF-20-nin debütünü gözləyirik. Həmişə olduğu kimi, testlərdə çox şey etmək istəyirik və Avstraliyada yeni mövsümün ilk yarışına hazırlıq çərçivəsində uzun məsafə qət etsək, yaxşı etibarlılıq və sürət göstərsək, xoşbəxt olacağıq".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qiymətlər yenə artdı: Hansı ərazilərdə mənzil daha bahadır?
-
Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub
-
Bakıda futbol meydançasında meyit tapıldı
-
8 mərtəbəli hospital satışa çıxarıldı
-
Ağdərədə mina partladı: Xəsarət alanlar var
-
Ceki Çan Bakıya gəldi
-
“Qarabağ”ın potensial rəqibi bu gün bəlli olacaq
-
Məzənnələr açıqlandı: Avroda artım qeydə alındı
-
Paytaxtda küçələrdən birinə Elçinin adı verildi
-
Kriştianu Ronaldo toy hazırlığına başlayıb
-
Polis iki gün ərzində 69 cinayətin üstünü açıb
-
Ukrayna Rusiyanın müharibədəki itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Dünyanın ən faydalı tərəvəzi seçildi - Min bir dərdin dərmanı
-
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb - (Video)
-
Braziliyada 15 yaşlı futbolçu oyun zamanı güllələnərək öldürüldü
-
Dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü - (Foto)
-
Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü
-
200 milyon dollarlıq Fond - Vəsaitlər hara yönələcək?
-
Tərtərdə narkotik əməliyyatı: 5 kiloqram narkotik vasitə aşkarlanıb
-
Moskvadan Bakıya toya gələn xalaoğulları dənizdə boğuldu
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı sabah keçiriləcək
-
Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
-
Kolleclərə ixtisas seçimi başladı
-
İrandan Almaniyaya aparılan yükdə 112 kiloqram heroin tapıldı





