Maraqlı

Gül ətri biliyin gücünü artırır

8 Fevral 2020 23:40
58 Şərh     Baxış: 9 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Frayburq Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar, gül ətrinin bilik və məlumat əldə etmə qabiliyyətini inkişaf etdirdiyini göstərdi. Araşdırmada 50 nəfər 6-cı sinif şagirdi iştirak etdi.

Scientific Reports jurnalında nəşr olunan araşdırmada iştirak edən alimlər, təcrübələr keçirdi. 50 nəfərdən çox şagird iki fərqli qrupa ayrıldı və iki qrupa da eyni dil dərsi verildi. Lakin qruplardan biri, dərslərini oxuyarkən masalarına gül ətirli qoxu qoymaq üzrə təlimat aldı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sonra araşdırmaçılar, şagirdlərə öyrəndikləri məlumata görə hazırlanan bir söz sınağı hazırladı. Şagirdlər də hazırlanan sınağı keçdi və araşdırmaçılara kağızlarını verdi. Araşdırmaçılar, şagirdlərin testlərini araşdırıb bunları nəticələndirdikdən sonra maraqlı bir mənzərəylə qarşılaşdı.

Araşdırmaçıların qarşılaşdığı test nəticələri, gül ətirli qoxu ilə dərsə hazırlaşan şagirdlər və tədris gücü arasında bir əlaqəni aşkarladı. Nəticələrə görə yatarkən və işləyərkən gül ətri qoxlayan şagirdlərin hamısında 30%-lik bir artım yaşandı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.