Maraqlı

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

21 Fevral 2020 08:45
31 Şərh     Baxış: 2 128

Milli.Az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

31 Şərh:

  • Anonim
    asi · 21 Fevral 09:4610

    Salam hamıya..İkinci şəkli xoşladım.. Belə yerlərdə adətən meymunlar da olur)..7-ci şəkildəki ərazini ata malı kimi bərabər bölüşdürün, amma elə edin ki,ağac Əsinin payına düşsün).. Mənə də yer ayırmağı unutmayın))..

    Cavab yaz
    • Anonim
      Əsranur · 21 Fevral 10:4621

      Asi,2 şəkili götürdüm."Abdulla"filmindəki mahnının sədaları altında,jiletimi,kamerimi belimə salıb,atdanıram suya.Üstəlik,kaska da salmışam başıma.Səni bilmək olmaz,kitayskiyy qənədlərini kürəyinə yapışdırıb,uça-uça ,daşdan-zaddan tolazdayarsan başıma.Sənə nə var,elədin elədin də.Ehtiyat Əsranurun yaraşığıdır deyib,kaskanı başıma keçirdib,onun da üstündən nənəmin qəsinkəsini bağlamışam:)))Təsəvvür elə:)))

      Cavab yaz
      • Anonim
        asi · 21 Fevral 10:5710

        ))))ayaqlarına oğlanların boks qruşasını bağlamağı unutma)))

        Cavab yaz
        • Anonim
          Əsranur · 21 Fevral 11:0910

          Bax,yenə də səni tanıdığıma əmin oldum.İstəyirsən ki ağır bir şey bağlayım ayağıma,boğulum???Xeyr,qantel bağlayacağam,elə sənin ajığına:)))Guya,qantel yüngüldür də:))))))

          Cavab yaz
  • Anonim
    Əsranur · 21 Fevral 10:4110

    Dostlar,sabahınız xeyir olsun.Mələyim,Ebrudan həqiqətən nigaran qalmağa başladım.Ebru,ümid edirəm yaxşısan.Tez sağal,aramıza dön,quzum.Mələyim,(********)Ebruşa da saxla:)

    Cavab yaz
    • Anonim
      melek b · 21 Fevral 14:0610

      salam Eskam,necesen?|Ebrudan mende nigaran qalmisam|((

      Cavab yaz
    • Anonim
      melek b · 21 Fevral 14:0710

      hamisin verirem Ebruya Eskam teki tez gelsin

      Cavab yaz
  • Anonim
    Papatya · 21 Fevral 11:1310

    Salamlarrr. Mən də 3ü sevdim) Ebruş şəfan bol olsun. Yadımızda, gönlümüzdə olduğunu bil. Buradan sənə müsbət enerjiler yollayırıq. Sağ qulağın cingildese bizdən bil) en gec birinci gün fotoda ol.

    Cavab yaz
    • Anonim
      Əsranur · 21 Fevral 11:2010

      Salam,canım❤❤❤

      Cavab yaz
      • Anonim
        Papatya · 21 Fevral 15:1210

        ❤️❤️❤️

        Cavab yaz
    • Anonim
      ƏSİ. · 21 Fevral 12:3310

      Xeyirlisilə:).Ebruşun yeri görünür,qırmızı,bəzəkli şərhlərinin❤️

      Cavab yaz
    • Anonim
      asi · 21 Fevral 12:4310

      Ebruş yəqin ki, hələ çıxmayıb xəstəxabadan.. Bizdə 7-10 gün saxlayırlar xəstəxanada, vəziyyətə görə..Adizə adenoid əməliyyatına görə qızımı 7 gün saxladılar xəstəxanada..

      Cavab yaz
      • Anonim
        Papatya · 21 Fevral 15:2010

        Bu yaxşı haldır əslində elemi asi? Tamam arxayın olub buraxmaq daha yaxşıdır yeqin ki. Xəstəxana ortamı məni sıxır həmişə amma. İçəri girəndən xestexananin o özünə məxsus qoxusunu hiss edən kimi artıq narahatliq basır məni.

        Cavab yaz
        • Anonim
          asi · 21 Fevral 15:3710

          Həə yaxşı haldır, narahat olmayın.. Saöalmasına tam əmin olub evə göndərirlər.. təkrar-təkrar analizlər götürürlər, əməliyyatdan sonra hansısa prosedurlar kazımdırsa, onların hamısını tətbiq etməmiş göndərmirlər..

          Cavab yaz
  • Anonim
    ƏSİ. · 21 Fevral 12:3210

    Salam,hər vaxtınız xeyir.Çox sağ ol,asi,gözəldir☺️❤️

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 21 Fevral 12:4230

    Ehtiyaclarımızı görməzdən gəldikcə yorğunluğumuz hər keçən günlə artır.Şirin bir söz,bir şeir,hansısa bir mahnı,bizə təsir edən nə varsa diqqətimizi ona yönəltməklə sakit keçirdiyimiz bir neçə dəqiqə ərzində güclənə bilirik.İnsan özünü unutduqca zəifləyir.Ruhu yorulur.Hərdən,ehtiyac duyduğumuzda,zövq aldığımız bir işlə məşğul olmağımız lazımdır.Mən başlamışam.Düzdü yenə yadlaşmağı seçmişəm,amma mənim seçimim yenə öz həyatımın və insanlığımın doğrultusundadı.Duyğulara qapıldıqca əslimi unutmaq məni incitdiyi üçün,buna ehtiyacım vardı.Ən böyük zövqümsə,hamının dərin yuxuya getdiyi saatlarda,bir fincan acı qəhvə,bir kitab və sakitlikdən başqa bir şey deyil.Oxuyub bitirdiyim kitabsa,yenə,Albert Kamyunun Yad romanıdır.Hər dəfəsində üzərimdəki təsiri fərqli olsa da,mənə,məni xatırladır.Hətta bütün insanları...

    Cavab yaz
    • Anonim
      Uzaq · 21 Fevral 14:2010

      Hamıya salam.Əsərin adı yad da olsa,doğma gəldi..Yazdım bir kənara. Hələki Kürk mantolu Madonna ilə gecələrimə hüzünlü,duyğusal rəng qatmağa başlamışam. Raif əfəndini tanıdıqca gözlərim dolur (

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 21 Fevral 14:3410

        Raif əfəndi:)Kənardan adi görünən,gündəlik işlərilə məşğul olan,türklər demişkən-Nayif insan.Görəsən Rasim kimi insanların maraqdan doğan qayğısı olmasa necə olardı.Bir anlıq adicə əsəri həyatla əlaqələndirmək çox qəribədir,hə??...”Yad” isə tam fərqli məzmundadır.Amma realdır,insanın özüdür.Ən əsası soyuq insanların müraciət edə biləcəyi bir romandır.Tərəddüddə qalacağın çox məqamla üzləşəcəksən.Məncə tam bir duyğu selindən sonra,o səni silkələyər:)

        Cavab yaz
        • Anonim
          Uzaq · 21 Fevral 15:0210

          Bir dəfə qrup yoldaşım xətrimə dəyməmək üçün,ehtiyyatla sən nə qəribə qızsan dedi.Çaşqın təbəssümümlə sən də qəribəsən deyə cavab verdim.Təəccüblə baxdı ki,mən niyə?Dedim məni qəribə hesab etdiyin üçün)Hər kəs məni sakit, ağıllı,səssiz hesab etdiyi halda o hiss etmişdi məndə bir hallar olduğunu)Rasimin Raif bəyi kəşf etməsinə bənzədi bu )

          Cavab yaz
          • Anonim
            ƏSİ. · 21 Fevral 17:1410

            Sonra bəs??Yaxınlıq,söhbət filan oldu,yoxsa elə deməklə kifayətləndi??☺️kitablardakı qəhrəmanlarla fikirlərimiz uzlaşanda,onlarda özümüzün müəyyən yönlərini görəndə də bir ayrı cür xoşbəxt oluruq.Bilmirəm bu hamıda belədir,ya yox.Mən onların dünyasında özümü başqa cür hiss edirəm.Rəsmən havam dəyişir:))Hərdən,insanların çox olduğu yerlərdə,onları müşahidə edərkən,içlərindən seçilənləri görürəm.Yanaşmasam da,onların halının fərqli oluşu gözümdən yayınmır.Nə bilim,bəlkə də mənə elə gəlir.

            Cavab yaz
            • Anonim
              Uzaq · 21 Fevral 21:4800

              Bugün 2 dəfə sizə uzun uzadı cavab yazdım,2sində də əlim dəydi çıxdım səhifədən (Amma pes etmək yox.Yenə yazacam. İnsanları müşahidə edib,xüsusiliklərini fərqləndirməyinizi hiss etmişdim.Çünki o məndə də var.Hər zaman vardı.Uşaqkən uşaqlarla oynamaqdan çox,onları kənardan izləmək daha çox zövq verirdi mənə.Dərs dediyim müddətdə şagirdlərimi müşahidə etdiyim kimi.Kənarda qalan,uzaq,çəkingən olanları həmişə qabağa çəkirdim, çünki onların dünyası mənə tanışdı,xüsusi diqqətimdən sevindiklərini görmək məni də sevindirirdi,və işimin yeganə ürəkaçan tərəfi idi .İndi də kənardan oğlumu və yaş fərqi olmadan bütün uşaqları izləyib düşünürəm..Valideynlərinin belə fərqində olmadığı xüsusi uşaqlar var.Beyinlərinin içində nə dolaşdığını az çox təxmin edə bilirəm.Eləcə də getdiyim,olduğum hər yerdə və hər kəsdə.Eyni Raif əfəndi kimi)

            • Anonim
              Uzaq · 21 Fevral 21:5800

              Mənə qəribə deyən qız olsaydı,söhbətimiz davam edərdi,yaxın ola bilərdik,amma oğlanlardan həmişə qorxmuş və çəkinmiş olmama görə uzaq dururdum. Amma çox gülməli biri idi.Mən susduqca o daha çox danışırdı )O qədər danışırdı ki,fəlsəfə müəllimimiz belə onun söhbətləri qarşısında aciz qalırdı)Çox savadlı və qeyri -adi biri idi həqiqətən.Zamanla bunu hamı etiraf edirdi.Qızlarımız ondan qorxurdu da)Deyirdi ürəyinizdən,ağlınızdan nə keçir bilirəm.Məndən gizlənmək olmaz)

      • Anonim
        Atifi · 21 Fevral 18:0420

        Uzaq aşk olsun sənə demək mənnən xəbərsiz kurtkali madonnani oxuyursan?))aglamaq işaresi ))mən o yaziçini sevdim insanlarin iç dunyasina nufuz etmesi nebilim daxili aləmlərinnən xəbər verməsi və bir çox izahlari ilə..heç mənə deməmişdin?deməli idin axi))!!))Əsidəndə oyreneceyimiz maraqli kitab adlari ola biler ))mən bəri başdan zovqumu deyim size əsi deməli maraqli olsun ))və qətiyən sevgi hakda olmasin )huzur verici kitablar)tovsiyyeleriniz maraqli olacaq)

        Cavab yaz
        • Anonim
          Uzaq · 21 Fevral 22:0120

          Səndən gizli işlər çevirib,ekşın yaratmaq istəyirdim)Oxumağa başlayanda xəbər etmədim,bitirəndə edərəm )

          Cavab yaz
  • Anonim
    melek b · 21 Fevral 14:0510

    salam ESI xanim, Asi,Sevil xanim,Ramaskam ,Ebruw,Uzaq,Eskam |(******)

    Cavab yaz
    • Anonim
      Uzaq · 21 Fevral 15:0220

      Salam mələk.

      Cavab yaz
    • Anonim
      Papatya · 21 Fevral 15:1310

      Aleyküm salam Mələk, xoş gördüm.(****)

      Cavab yaz
  • Anonim
    melek b · 21 Fevral 14:0510

    Ebrusum yadimdasan(|**********)

    Cavab yaz
  • Anonim
    Uzaq · 21 Fevral 14:0910

    Nə zaman özümlə baş başa qalsam,Raif əfəndinin saf üzü,biraz dünyadan uzaq, buna baxmayaraq bir insana təsadüf etdikləri zaman təbəssüm etmək istəyən baxışları gözlərimin önündə canlanır.Halbuki o heç də fövqaladə bir adam deyildi.Hətta heç bir xüsusiyyəti olmayan,hər gün ətrafımızda yüzlərcəsini görüb də baxmadan keçdiyimiz insanlardan biriydi.Həyatının bildiyimiz və bilmədiyimiz tərəflərində insana maraq verəcək bir cəhəti olmadığı şübhəsizdi.Belə kimsələri gördüyümüz zaman öz özümüzə soruşarıq "Görəsən bunlar niyə yaşayırlar? Yaşamaqda nə tapırlar?Hansı məntiq,hansı hikmət bunların yer üzündə dolaşıb nəfəs almalarını əmr edir?"Amma bunu düşünürkən yalnız o adamların xaricinə baxarıq,onların da bir başları,bunun içində,istəsələr də istəməsələr də işləməyə məhkum bir beyinləri olduğunu,bunun nəticəsi olaraq özlərinə görə bir daxili aləmləri olacağını heç ağlımıza gətirmərik.

    Cavab yaz
  • Anonim
    Uzaq · 21 Fevral 14:1310

    Bu məchul aləmə maraq etsək, bəlkə də heç ummadığımız şeylər görər,gözləmədiyimiz zənginliklərlə qarşılaşarıq.Amma insanlar nədənsə daha çox,nə tapacaqlarını bildikləri şeyləri axtarmağı seçirlər.Dibində,bir əjdahanın yaşadığı bilinən bir quyuya,enəcək bir qəhraman tapmaq, sözsüz ki, dibində nə olduğu heç bilinməyən bir quyuya enmək cəsarətini göstərəcək,bir insan tapmaqdan daha asandır.

    Cavab yaz
  • Anonim
    Eskama · 22 Fevral 01:0110

    Canimin ici sualini butun gözlədim(**)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.