Maraqlı

Ən yaxşı şəklini dostun yox, Google seçəcək - yeni xidmət sınaqdan keçirilir

5 Fevral 2020 22:50
0 Şərh     Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google" avtomatik olaraq istifadəçinin ən yaxşı şəkillərini seçib çap edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Google" şirkətinin nümayəndələri "Google Photo" bölməsinin yeni funksiyasını sınaqdan keçirirlər.

Yeni funksiya vasitəsilə istifadəçinin ən yaxşı şəkilləri avtomatik çap edilib ünvanına göndəriləcək. Sözügedən funksiya ödənişlidir. Xidmətdən yararlanmaq istəyənlər aylıq 7,99 ABŞ dolları miqdarında abunə pulu ödəməlidirlər.

Bu abunə hər ay "Google" tərəfindən avtomatik seçilərək çap olunan ən yaxşı fotoşəkillərin 10 nüsxəsini əldə etməyə imkan verir. Xüsusi alqoritm istifadəçinin son 30 gündə çəkdiyi şəkilləri seçir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.