Maraqlı

Zəlzələdə dağılan ev Kamal Sunalın deyilmiş

4 Fevral 2020 09:44
0 Şərh     Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elazığda baş verən və 41 nəfərin ölümünə səbəb olan 6,8 ballıq zəlzələdə mərhum aktyor Kamal Sunalın da evinin dağılması xəbərləri təsdiqini tapmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aktyorun xanımı Gül Sunal məlumat yayıb. O, dağılan evin aktyorla heç bir əlaqəsi olmadığını bildirib:

""Kamal Sunalın doğulduğu ev dağıldı" başlıqlı xəbərlər yayıldı. Tamamilə yanlış informasiyadır. Kamal Sunal Küçükpazarda doğulub. Zəlzələdə dağıldığı deyilən evlə əlaqəsi yoxdur. Zəlzələdə ölənlərə rəhmət, yaralananlara şəfa diləyirəm".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.