Maraqlı

Üç uşaq anası təyyarədə aşağılandı, 76 kq arıqladı - FOTO

13 Fevral 2020 21:01
0 Şərh     Baxış: 1 751
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kanadalı Kelsi Bonas 76 kq arıqlayıb. Onun dediyinə görə, təyyarədə olarkən təhlükəsizlik kəməri belinə gəlmədiyi üçün aşağılanandan, ələ salınandan sonra arıqlamağa qərar vermişdi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Ontariodan olan 32 yaşlı Kelsi ərə gedərək Britaniyada yaşamağa başlayandan sonra kökəlməyə başlamışdı. Fast-fuda dadanan qadın gündə 4 min kaloriyə qədər yemək yeyirdi.

"Gündə iki-üç dəfə McDonalds-a gedirdim. Nəticədə çəkim 136 kq-a çatdı. Köklüyüm uşaqlarımla oynamağıma imkan vermirdi. Təyyarədə qarnım böyük olduğundan təhlükəsizdik kəmərini bağlaya bilmədim. Arıqlamağa qərar verdim.  Əvvəllər də pəhriz saxlayırdım, amma sonra yenidən kökəlirdim", - Kelsi deyib.

Burgenlərdən imtina edərək sağlam qidalanmağa başlayandan və mədə şuntlaması əməliyyatından sonra o, arıqlamağa başlayıb.

İndi o, 76 kq arıqlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.