Maraqlı

Yeni “UFS 3.1” fləş yaddaş standartı smartfonların işini daha da sürətləndirəcək

4 Fevral 2020 07:21
0 Şərh     Baxış: 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elektron qurğular üçün sahələrarası standartların işlənib hazırlanması ilə məşğul olan "JEDEC" təşkilatı yeni fləş yaddaş standartını - "Universal Flash Storage (UFS) 3.1" elan edib. Bu standart 2018-ci ildə təqdim edilmiş və müasir qabaqcıl smartfonlarda istifadə edilən "UFS 3.0" versiyasını əvəz edəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "UFS" standartı smartfon, planşet və avtomobil elektronikasında istifadə üçün hazırlanıb. Məsələn, "UFS 3.0" versiyası avtomobillər üçün xüsusi funksionallıq nəzərdə tuturdu: -45-dən 105-dək selsi dərəcə temperaturda işləmək imkanı, həmçinin məlumatların saxlanılması etibarlılığının yüksəldilməsi.

"UFS 3.1" (JESD220E) standartının əsas özəlliyi artırılmış yazma sürətini təmin edən enerjidən asılı olmayan SLC (Write Booster) keşi, elektron qurğularda enerjiyə qənaət göstəricilərini yaxşılaşdırmaq üçün "DeepSleep" rejimi və yaddaş modulunun qızması halında qurğunun məhsuldarlığının azalması haqqında bildirişin göstərilməsini nəzərdə tutan "Performance Throttling Notification" sistemidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.