Maraqlı

Apple bu iPhone modellərini dəstəkləmyəcək

28 Yanvar 2020 22:20
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple məhsullarına uzunmüddətli proqram dəstəyi verir. Məsələn, iPhone 5, iOS 6 versiyası ilə buraxılıb və iOS 10-a qədər yeniləmələr alıb. Əlbəttə ki, Apple müəyyən bir müddətdən sonra proqram təminatını dayandırır. Telefonunuz Apple-ın köhnə iPhone modellərindən biridirsə, ehtiyatlı olmağınız tövsiyyə edilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple iOS yenilənməsi etdikcə bəzi telefonlar artıq şirkət tərəfindən dəstəklənmir.

Apple-ın illər öncə satışa çıxardığı və geniş ekranı ilə diqqət çəkən iPhone 6s Plus modeli artıq şirkət tərəfindən dəstək almır. Həmçinin iPhone 6s üçün də vəziyyət fərqli deyil.

iPhone 6s Plus iPhone 6s seriyası ilə müqayisədə illər əvvəl Apple tərəfindən dəstək almayan modellər arasına daxil edilib.

İphone 6s Plus-dan sadəcə kiçik ekranı ilə fərqlənən iPhone 6 üçün də vəziyyət eyni olaraq qalır. İiPhone-nun bu modeli də şirkət tərəfindən artıq dəstəklənmir.

iPhone 5s iPhone SE-dən öncə qarşımıza çıxan son kiçik ölçülü model idi. Lakin cihaz xeyli köhnəldiyindən Apple tərəfindən dəstək almır.

İPhone 5C satışa çıxanda Apple-ın daha ucuz qiymətə aldığı telefon idi; lakin, bu model də artıq "köhnə"lər sırasındadır.

Apple-ın proqram təminatını təmin etməyi dayandırdığı digər qurğular bunlardır:

iPhone 5
iPhone 4S
iPhone 3GS
iPad 3G
iPod nano (4-cü nəsil)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.