Maraqlı

2022-ci ildən etibarən smartfon tədarükü azalacaq

25 Yanvar 2020 19:25
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdən sonra bu il smartfon bazarında mobil telefonların tədarükü artacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Gartner analitik şirkətinin proqnozunda deyilir.

Proqnoza görə, artım 1,7% təşkil edərək, 2019-cu illə müqayisədə 1,76 milyarda çatacaq. Gələn il isə 1,77 milyard telefon tədarük ediləcək. Smartfonların bazarlara çatdırılmasında əsasən rolu Asiya və Sakit okean regionları oynayacaq. Eyni zamanda bu il 5G smartfonlarının tədarükü ümumi mobil cihazların 12%-ni təşkil edəcək. 2022-ci ildə isə artıq 5G- smartfonları bazarın 43%-ni əhatə edəcək.

Lakin buna baxmayaraq, tədarük azalacaq.

2022-ci ildən etibarən bazara çıxarılan mobil telefonların sayı azalmağa başlayacaq. Proqnoza görə, il ərzində telefon tədarükü 20 milyon ədəd azalacaq.

Məlumatdan belə aydın olur ki, 5G epoxası ilə smartfon istehsalının artım tendensiyası qısa müddətlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.