Maraqlı

Cəhənnəmə daxil olmağın əsas səbəbi

25 Yanvar 2020 23:20
4 Şərh     Baxış: 1 656

Cəhənnəmə daxil olmağın ən əsas səbəbi - şeytanın (lən) ardıcılı olmaqdır. Ancaq bu davamçılıq məcburi deyildir. Muxlis insan özünü şeytanın (lən) hər cür vəsvəsəsindən qoruyar.

Qurani-Kərim bu haqda buyurur: "Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa!". ("Hicr" 42).

Əgər insan Allahın razı olmadığı əməlləri yerinə yetirərsə, şeytanın ardıcılı hesab olunar. Belə bir əməlin həqiqəti atəşdir. Çünki şeytanın özü də atəşdir və atəşdən xəlq olmuşdur. İnsan bu dünyada yerinə yetirdiyi hər bir günaha görə axirətdə üzləşəcəkdir. Günahın cəzası atəş olduğu üçün insan, əməllərinin atəşi mühasirəsində qərar tutar və bu atəşdən qaça bilməz.

Cəhənnəm əhli olmağın 4 amili ilə tanış olaq.

Qurani-Kərimdə belə bir ayə vardır ki, buyurulur: "Onlar möminləri "məgər biz dünyada sizinlə deyildik?" (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: "Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı"". ("Hədid" 14).

Bu ayədə behiştdə və cəhənnəm olan tanışların bir-biri ilə söhbətindən bəhs olunmuşdur. Cəhənnəmdə olan behiştdə olana deyir ki, biz ki, dünyada qardaş idik, bəs niyə mən buradayam, sən ordasan?

Həmin şəxs cavab verir ki, bəli, dünyada tanış idik və ancaq sən dünyada olan zaman 4 səhvə yol vermisən ki, səni cəhənnəmlik etmişdir.

Onlar bu amillərdir:

1. İlahi imtahandan keçməmisən və özünü həlak etmisən.

2. Möminlərə həsəd aparmış və onlara əziyyət etmisən.

3. Allahın dinində şəkk etmisən.

4. Uzun arzular səni qürurlandırmışdır. (Həvzəh)

Bəli, bu səbəbdəndir ki, bəzən bir ailədə biri behişt əhli olur, o birisi isə cəhənnəm. Bu dörd amildən çəkinmək - hər bir behişt əhli olmaq istəyənin həyatdakı əsil hədəfi olmalıdır.

Allah cəmi insanları bu işdə müvəffəq etsin!

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Dilber · 26 Yanvar 00:5030

    Ele dunyada baw veren xestelik zelzele muharibe dunyanin sonundan cehennemden behs edirda Allah qorusun Amin

    Cavab yaz
  • Anonim
    Admin00 · 26 Yanvar 01:2050

    ALLAH BIZI PISLIKLERDEN QORUSUN AMIN INSALLAH.

    Cavab yaz
  • Anonim
    Samire · 26 Yanvar 02:0160

    Düzdür artıq gecenin yarısıdır. Amma özüme bir borc bilib bu şerhimi yazmaq isteyirem. Cehenneme düşmeyin başqa sebebleri de var. Meselen günahsız insana şer atmaq, yalançı şahidlik etmek, yetimin haqqını yemek, merdimezarlıq etmek, ınsanları alçaldmaq, tekebbürlük, varlı olarken kasıblara el uzatmamaq ve s. Ele bunların özü, her iki dünyada cehennemi satın almaq demekdir.

    Cavab yaz
    • Anonim
      Samireye · 26 Yanvar 10:1730

      Dolğun şərhinizə dəyər verib əllərinizə sağlıq deyib şəxsi minnətdarlığımı bildirirəm.hörmətlə ALEKS@

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.