DÇ-2026: Fransa və Meksika 1/8 finala yüksəldi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.
Milli.Az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra daha iki komandanın 1/8 finaldakı rəqibləri müəyyənləşib.
Günün diqqətçəkən görüşlərindən birində Fransa millisi İsveç yığması ilə üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Fransa yığmasının heyətində Kilian Mbappe iki dəfə, Bredli Barkolya isə bir dəfə fərqlənərək komandasının növbəti mərhələyə yüksəlməsində əsas pay sahibi olub.
Bu nəticədən sonra Fransa millisi 1/8 finalda Paraqvay yığması ilə qarşılaşacaq.
Günün digər oyununda isə Meksika millisi Ekvadoru 2:0 hesabı ilə məğlub edərək adını 1/8 finala yazdırıb. Meksikalıların qollarını 22-ci dəqiqədə Xulian Kinyones, 31-ci dəqiqədə isə Raul Ximenes vurublar.
Qarşılaşmanın əlavə olunmuş vaxtının beşinci dəqiqəsində Ekvador millisinin müdafiəçisi Pyero İnkapye qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və komandasını azlıqda qoyub.
Meksika millisi növbəti mərhələdə İngiltərə və Konqo Demokratik Respublikası cütünün qalibi ilə üz-üzə gələcək. 1/8 final qarşılaşmasının iyulun 6-na keçən gecə Mexikoda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu nəticə Meksika millisinin 1986-cı ildən bəri ilk dəfə dünya çempionatının pley-off mərhələsinin ilk raundunu adlaması ilə tarixə düşüb.
Bununla da DÇ-2026-da 1/8 finala yüksələn komandaların sırasına Fransa və Meksika da qoşulub. Daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş və Norveç yığmaları növbəti mərhələyə vəsiqəni təmin etmişdilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Türkiyəyə gedir - COP31-də iştirak edəcək
-
Sürücülər bu gün xüsusilə diqqətli olsun - DYP-dən çağırış
-
Benzin və dizellə bağlı mühüm xəbər
-
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
-
Konsert biletlərinə görə pulun bir hissəsi geri qaytarılacaq
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Anar Rzayevə ağır itki
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
“Gecə saat 12-də restoranda niyə "pudra" vurum ki?” – Elgiz əsəbiləşdi - (Video)
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
-
Ermənistanda milyarderin həbs müddəti uzadıldı
-
Xəzərdə fırtına gözlənilir - Dalğalar 5 metrədək yüksələcək
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər





