Maraqlı

Xiaomi şirkəti qeyri-adi dizaynlı mexaniki Bluetooth klaviatura təqdim edib

23 Yanvar 2020 22:15
0 Şərh     Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xiaomi" şirkəti "Luofei" adlı orijinal mexaniki klaviatura nümayiş etdirib. O, analoqlarından qeyri-adi tərtibatı ilə fərqlənir.

Milli.Az chip.az-a istinadən bildirir ki, 306 х 114,5 х 30,6 mm ölçülü klaviaturanın çəkisi 810 qram təşkil edir. "Luofei" qurğusunu komplekt "micro-USB" kabelini qoşmaqla həm simli, həm də "Bluetooth" ilə istifadə mümkündür. Klaviaturanın daxilinə 4 min milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. İstehsalçı nümayəndələrinin sözlərinə görə, klaviatura bütün aktual əməliyyat sistemləri - "Windows", "macOS", "iOS" və "Android" ilə uyğunluq təşkil edir.

Yeni qurğu klavişlərin hər birinin unikal rəngə boyanması, eləcə də bütün palitranın dodaq pomadası çalarlarına malik olması ilə seçilir.

Makiyaj üçün lövhə şəklində hazırlanan klaviaturanın dizaynı dairəvi formalı klavişlər sayəsində çap maşınlarını xatırladır.

Çində "Luofei" mexaniki klaviaturasının qiyməti 95 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.