Maraqlı

“Samsung” şirkətinin smartfon bölməsinin rəhbəri dəyişib

23 Yanvar 2020 07:21
0 Şərh     Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkətində smartfonlar, daşınan elektronika və servislər daxil olmaqla mobil biznesin inkişafına görə məsul olan rəhbər dəyişib. Bölmənin yeni rəhbəri vəzifəsinə 51 yaşlı Ro Txe Mun təyin edilib. O, şirkət tarixində ən gənc rəhbər hesab edilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, əvvəllər "Samsung Mobile" bölməsində əhəmiyyətinə görə ikinci vəzifəni tutan top-menecer indiyədək "Galaxy" istehsal xəttinə aid qurğuların hazırlanmasına rəhbərlik edib. Onun əvəzlədiyi Donq Cin Ko Cənubi Koreya istehsalçısının informasiya texnologiyaları və mobil rabitə üzrə əsas rolu oynamaqda davam edəcək.

"Samsung" Ro Txe Munun rəhbərliyi altında əsas diqqəti "5G" modulla təchiz edilən və elastik ekranlı qurğuların buraxılışına yönəldəcək. Fevralın 11-də şirkət tərəfindən yeni qabaqcıl "Galaxy S20" smartfon seriyasının təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, "Samsung" şirkəti dünyanın ən böyük smartfon istehsalçısı olsa da, onun bazar payı azalmağa doğru gedir. Belə ki, Çinin "Huawei" şirkətinin bazar payı Cənubi Koreya istehsalçısının payına yaxınlaşır. "Strategy Analytics" analitik şirkətinin hesablamasına görə, il ərzində iki şirkət arasında fərq 2018-ci ildəki 5,9 faizdən 3,6 faizədək azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.