Günəş enerjisi ilə işləyən təyyarə ilk dəfə stratosferə qalxacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçrəli pilot Rafael Domyan yaxın gələcəkdə olduqca iddialı və innovativ layihəyə imza atmağa hazırlaşır. O, Günəş enerjisi ilə işləyən kiçik təyyarə ilə Yerin stratosfer qatına qalxmağı və ilk insan kimi 25 kilometr yüksəklikdə uçuş həyata keçirməyi planlaşdırır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, isveçrəli pilotun bu layihəsi heç də "Ginnesin rekordlar kitabı"na düşmək və ya hansısa avantürist ideyanı həyata keçirməyə hesablanmayıb. Bu uçuş uğurlu alınacağı təqdirdə, informasiya texnologiyaları sahəsində yeni bir dövr başlaya bilər. Hazırda isə "Solarstratos" adlı təyyarə üzərində texniki işlər davam etdirilir, pilot isə kosmonavtika kursu keçir.
"Solarstratos" layihəsi sərnişin təyyarələrinin bacarmadığı yüksəklikdə insanın uçuşunu təmin etməlidir. İndiyədək günəş enerjisi ilə çalışan və İsveçrə istehsalı olan "Solar Impulse" adlı təyyarədə uçuş həyata keçirən Bertrand Pikkard və Andre Borşberq "cəmi" 9420 metr yüksəyə qalxa bilsələr də, R.Domyan kosmik fəzaya yaxınlaşmağı qarşısına məqsəd qoyub. Ənənəvi təyyarələrdə mühərriklərdə kerosinin yanma prosesini təmin etmək üçün oksigenin çatışmadığı stratosfer qatında günəş enerjisi ilə işləyən ikipərli yüngül təyyarə rahat uçuş həyata keçirə biləcək. Cəmi 600 kiloqram çəkisi olan təyyarənin qanadlarının üzəri günəş panelləri ilə örtülüb. İyirmi iki kvadratmetr sahəsi olan bu panellər təyyarənin saatda 280 kilometr sürətlə uçuşu üçün lazımi enerji hasil etməlidir.
Uçuş uğurlu olarsa, yaxın gələcəkdə günəş enerjisi ilə çalışan təyyarələrin stratosferdə müntəzəm uçuşu həyata keçirilə bilər. Pilotsuz uçuş aparatı ilə müqayisə oluna bilən bu təyyarələr 20-25 kilometr yüksəklikdə 6-12 ay müddətində hərəkət edə, Yerin orbitində hərəkət edən peyklərin bir çox funksiyalarını icra edə bilərlər. PUA-lardan fərqli olaraq, solarstratoslar Yerdən idarə olunmayacaq, onlar peyklər kimi müvafiq orbit üzrə hərəkət edəcəklər.
Qeyd edilməlidir ki, R. Domyan stratosferə ilk uçuşu 2021 və ya 2022-ci ildə həyata keçirəcəkdir. Bu ilin yay aylarında isə o, on min metr yüksəklikdən "Solarstratos" təyyarəsindən paraşütlə tullanmağı və Cenevrədə BMT qərargahı qarşısında yerləşən "Millətlər meydanı"na enməyi planlaşdırır. O, bununla ümumi dəyəri 10 milyon İsveçrə frankı olan layihə üçün əlavə sponsorlar cəlb etmək niyyətindədir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





