Maraqlı

Bitcoin mayninqi üçün ən sərfəli ölkələr

18 Yanvar 2020 08:31
0 Şərh     Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriptovalyutanın əldə edilməsi prosesi - mayninq (mining) adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində "kripto" prefiksindən istifadə olunur. Kriptovalyuta mayninqi kifayət qədər mürəkkəb prosesdir və mayninqin rentabelliyi elektrik enerjisi xərci, mayninq avadanlığının dəyəri və kriptovalyutanın bazar qiyməti kimi faktorlardan aslıdır. Bitcoin - rəqəmsal valyutalar içərisində hazırda ən populyar və qiymətinə görə ən bahalı olan kriptovalyutadır. Bu səbəbdən maynerlərin böyük əksəriyyəti bitcoin mayninqi ilə məşğul olur.

Elite Fixtures elektrik enerjisinin dəyərini nəzərə alaraq müxtəlif ölkələrdə bir bitcoin mayninqi üçün nə qədər xərc lazım olduğunu araşdırıb. bitcoin-mining.jpgMayninqin dəyəri hesablanarkən Avalon 6AntMiner S7 və AntMiner S9 kimi populyar qurğuların göstəricilərindən istifadə edilib. Elektik enerjisinin qiymətləri barədə məlumatlar isə Beynəlxalq Energetika Agetliyindən, dövlətlərin komunal və içtimai təşkilatlarından alınıb. 115 ölkə içərisində aparılan araşdırmada Venesuela birici oldu. Venesuela elektrik enerjisinin dövlət tərəfindən qismən subsidiya edildiyi bir ölkədir və orda 1 bitcoin mayninqi 531 dollara başa gəlir. İkinci yerdə Trinidad və Tabaqo 1190 dollar, üçüncü yerdə isə Özbəkistan 1788 dollarla yer aldı.

Bitcoin mayninqinin ən baha başa gələn ölkəsi Cənubi Koreyadır. Burda bir BTC-nin əldə edilməsi 26.170 dollara başa gəlir. Təsadüfi deyil ki, Çənubi Koreya birjalarında BTC-nin qiyməti orta bazar qiymətlərindən nisbətən yuxarıdır. MDB ölkələrindən Özbəkistandan sonra mayninq Ukrayna 1.852, Belarus 2.177, Qazaxstan 2.835, Gürcustan 3.316, Moldava 4.651, Rusiya 4.675 dollara başa gəlir.

mining2

Statistikaya əsasən ölkələr üzrə mayninqin maya dəyəri aşağıdakı kimidir: ABŞ- 4.758; Çin- 3.172; Hindistan- 3.274; İran- 3.217; Yaponiya- 8.723, Turkiyə- 4.984; Braziliya- 6.741; Danimarka- 14.275; Misir- 3.172;  Estoniya- 5.551; Finlandiya- 7.122; Fransa- 7.930;  Almaniya- 14.275; İspaniya- 11.103; İsveç- 4.746; Niderland- 9.449; Böyük Britaniya- 8.402; Malaziya- 5.147; İsrail- 6.087; Yunanıstan- 9.120; İndoneziya- 4.329; Tayvan- 3.774; İsveçrə- 7.494; Sloveniya- 7.645; Sinqapur- 5.936; Tayvan- 3.774;  Pakistan- 7.137;  Norvec- 7.784; Polşa- 6.931; Makidoniya- 3.914;  Argentina- 4.560; Portuqaliya- 10.825; Belçika-13.482 dollar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.