Maraqlı

Disney+ abunəçilərinin sayı üzrə Netflix-ə çatır

18 Yanvar 2020 07:41
0 Şərh     Baxış: 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Disney + istifadəyə verildikdən (2019-cu il noyabr) sonra onun ABŞ-da daimi istifadəçilərinin sayı 40 milyon insanı ötüb. Netflix-ə isə Amerika üzrə qoşulan istifadəçilərin sayı isə 61 milyon nəfərdir.

Milli.Az facemark.az-a istinadən bildirir ki, bu haqda Kommersant nəşri Apptopia araşdırma şirkətinin məlumatlarına istinadən yazıb.

Ötən il Netflix artımdakı yavaşılama ilə bağlı danışırdı. Xidmətə bütün dünya üzrə abunə olanların sayı 2 dəfə azalma göstərib. Halbuki şirkət, 2,8 milyon insan olmaqla artım gözləyirdi.

Amma ekspertlər isə qeyd edirlər ki, Netflix bahalı serialların nümayişi yeni, bahalı layihələri ərsəyə gətirməsi nəticəsində rəqiblərini qabaqlayacaq. Məsələn, İrlandiyalı (The Irishman)kimi tam metrajlı filmi misal göstərmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.