Maraqlı

Aviaşirkətinin ekipaj üzvü təyyarənin göyərtəsindən yıxılıb

13 Yanvar 2020 22:08
0 Şərh     Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Finnair aviaşirkətinin bir ekipaj üzvü Helsinki-Vantaa Hava Limanında "Airbus A320" təyyarəsinin göyərtəsindən yerə yıxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Finlandiya Fövqəladə Halların İstintaq Mərkəzi (OTKES) "Twitter" səhifəsində xəbər verib.

Qəza, sərnişinlər təyyarədən düşdükdən və terminala getmək üçün avtobuslara mindikdən sonra baş verib. Təyyarə heyətinin üzvü sərnişinlərin əvvəlcə keçdiyi eyni qapıdan uçuş zolağına yıxılıb. Hadisənin səbəbləri dəqiqləşdirilir.

Hadisə Ouludan Helsinkiyə gələn təyyarənin bortunda baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.