Maraqlı

Sinə böyütmə əməliyyatından çıxan qadın dəhşətə gəldi - FOTO

11 Yanvar 2020 12:51
2 Şərh     Baxış: 13 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadının iri sinəyə sahib olmaq arzusu kabusa çevrilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Türkiyədə sinə böyütmə əməliyyatı etdirən 28 yaşlı qadın eybəcər hala düşüb.

28 yaşlı Zara Rodriguez əməliyyat üçün İstanbula yollanıb. O, qarnındakı piyləri çıxartdırıb, ombasını və sinəsini böyütdürüb.

8 saat davam edən əməliyyatdan sonra qadının sinəsindəki silikona infeksiya düşüb və təcili çıxarılmalı olub.

Əməliyyatdan sonra güzgüdə özünə baxan qadın şoka düşüb. Belə ki, sinəsindəki silikon çıxarılan qadının sinəsi əvvəlkindən də balaca ölçüdə olub və üzərində tikiş izləri qalıb.

İngiltərədə yaşayan qadın sosial şəbəkədə paylaşım edərək qadınları diqqətli olmağa, əməliyyatdan əvvəl düzgün həkim və klinika seçməyə səsləyib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.