Maraqlı

Top formasında ağıllı robot Ballie

11 Yanvar 2020 19:55
0 Şərh     Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samsung şirkəti Las-Veqasda reallaşan CES 2020 sərgisində, evinizdə sizə köməkçi olmağı məqsəd qoyan kiçik bir top formasındakı Ballie robotunu tanıtdı. Kiçik olmasına baxmayaraq bir çox funksiyalara malik olan Ballie, görünüşüylə Ulduz Müharibələri filmində olan məşhur droid xarakteri BB-8i xatırladır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Samsung şirkətinin şərhinə görə robot, bir təhlükəsizlik robotu və ya bir fitness assistenti kimi istifadə edilə biləcək. Hətta şirkətə görə bu sevimli robot, uşaqlarınız və evcil heyvanlarınız üçün bir yoldaş da ola bilər.

Samsun şirkətinin paylaşdığı videoda, Ballie robotunun ətrafda gəzən bir robotdan daha çox olduğu görünür. Belə ki, sahibini oyandırır, televizoru açır, evin gerçək zamanlı görünüşünü sahibiylə paylaşır və hətta evdə yerə tökülən şeyləri təmizləməsi üçün bir robot süpürgəni belə aktiv hala gətirə bilir.

Evdəki bütün ağıllı cihazlarla qarşılıqlı təsirə girə bildiyi görülən Ballie, evdəki az qala hər işinizi görə biləcək bir fərdi assistent olaraq qarşımıza çıxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.