Maraqlı

Toyota Ağıllı şəhər layihəsini təqdim etdi

11 Yanvar 2020 22:15
1 Şərh     Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Toyota Motor Corp" Fuci dağı yaxınlığında "gələcəyin şəhəri" prototipini qurmağı planlaşdırdığını açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə ABŞ-da keçirilən "CES 2020" texnologiya sərgisində "Toyota Motor Corporation"ın prezidenti Akio Toyoda deyib.

A.Toyoda əlavə edib ki, ağıllı şəhər ideyası bir ildir müzakirə olunur.

Ağıllı şəhər elektrik avtomobillər, ağıllı evlər, süni intellekt və digər texnologiyalar üçün laboratoriya olaraq istifadə ediləcək.

Orada polis, yanğınsöndürmə xidməti, təcili yardım xidməti və məktəblər fəaliyyət göstərəcək. Şəhərdə əvvəlcə iki minə yaxın "Toyota" şirkətinin işçisi və müxtəlif tədqiqat qrupları məskunlaşacaq. Müəyyən vaxt keçdikdən sonra şəhər hamı üçün açıq olacaq.

Qeyd edək ki, "Toyota" gələn il inşası planlaşdırılan layihənin dəyərini açıqlamır. Şirkət layihəni texnologiyaların sınaq meydançası kimi istifadə etmək istəyən digər şirkətlərlə tərəfdaşlıq üçün açıq olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.