"OnePlus" şirkəti "OnePlus Concept One" adlı yeni konseptual smartfonu təqdim etməyə hazırdır.
Milli.Az ted.az-a istinadən bildirir ki, cihazın premyerası gələn ay Las-Veqasda, "CES 2020" sərgisi çərçivəsində keçiriləcək.
Yeniliyin əsas xüsusiyyəti unikal arxa kameradır. Onun optik modulları çəkiliş aparılmadığı zaman görünməz halda olur. Korpusun arxa paneli sanki çoxkomponentli kameranın "gözlüklərindən" məhrumdur.
Kameranın modullarının görünməyən vəziyyətinə elektroxrom şüşə hesabına nail olmaq mümkün olub. Əsas sensor 48 meqapiksel alıb, həmçinin 16 və 8 meqapikseldə iki modul nəzərdə tutulub.
Smartfonun qalan xüsusiyyətləri hələ ki, gizli saxlanılır.
Milli.Az