Elastik ekranlı “Lenovo” noutbukunun seriyalı versiyası təqdim edilib - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən ilin mayında elastik ekrana malik dünyanın ilk noutbukunun prototipini nümayiş etdirən Çinin "Lenovo" şirkəti hazırda Las-Veqasda keçirilən "CES" istehlak elektronikası sərgisində qurğunun seriyalı versiyasını təqdim edib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "ThinkPad X1 Fold" adlı qurğu prototipdən fərqlənmir. Noutbuk "LG" şirkəti tərəfindən "Lenovo" ilə əməkdaşlıq çərçivəsində hazırlanan 13,3 düym diaqonallı və 2048*1536 piksel təsvir ölçülü "OLED" ekranla təchiz edilən qatlanan planşet şəklindədir. Qurğuya simsiz klaviatura qoşmaqla ondan həm planşet və fərdi kompüter, həm də azca əyməklə kiçik noutbuk kimi istifadə mümkündür. Bu halda elastik ekranın bir hissəsini virtual klaviaturaya çevirmək olar. Bununla yanaşı, ekranın aşağı çərçivəsində "Windows Hello" sistemi ilə uyğunluq təşkil edən kamera quraşdırılıb.
"X1 Fold" elastik ekranla iş üçün təkmilləşdirilən "Windows 10 Pro" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Gələcəkdə şirkət tərəfindən "Windows 10X" sistemli qurğunun buraxılacağı gözlənilir - əməliyyat sisteminin bu versiyası məxsusi olaraq ikiekranlı və ya elastik displeyli qurğular üçün nəzərdə tutulub.
Noutbukda hansı prosessorun quraşdırılması barədə məlumat verilməsə də, bunun hibrid texnologiyadan istifadə edən yeni "Intel" platforması olduğu bildirilir.
"Lenovo" şirkəti elastik ekranlı dünyanın ilk noutbukunun satışlarına bu ilin ortalarında başlamağı planlaşdırır. "ThinkPad X1 Fold" noutbukunun qiyməti 2499 dollar təşkil edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir
-
Dünyanın ən yaşlı insanı odur
-
Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
-
Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
-
Bu qarpızlar mədə və bağırsağı məhv edir
-
Yod çatışmazlığı təhlükəlidir
-
Bürcünə görə daha inanclı olan insanlar
-
Nanə yağı təzyiqi aşağı sala bilər
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi





