Maraqlı

Amerikalı astronavt qadın orbitdə fasiləsiz qalma rekordu müəyyənləşdirib

29 Dekabr 2019 21:59
0 Şərh     Baxış: 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ astronavtı Kristina Koh qadınlar arasında Beynəlxalq Kosmik Stansiyada (BKS) fasiləsiz qalma müddəti üzrə rekord müəyyən edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 28-də onun BKS-də fasiləsiz qaldığı 289-cu gün tamam olub. Kristina Koh cari il martın 14-dən Beynəlxalq Kosmik Stansiyadadır.

İndiyədək həmin göstərici üzrə rekordu 2017-ci ilin sentyabrından amerikalı Peqqi Uitsonun əlində saxlayırdı. O, orbitdə fasiləsiz olaraq 288 gün qalmışdı.

Bir qədər əvvəl ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) Kristina Kohun BKS-də missiyasının 2020-ci ilin fevral ayına qədər uzadıldığı barədə məlumat yaymışdı. Beləliklə, onun orbitdə fasiləsiz qalma müddəti 328 gün təşkil edəcək.

Hazırda Beynəlxalq Kosmik Stansiyada ABŞ astronavtları Endryu Morqan, Kristina Hok və Cessika Meir, rusiyalı kosmonavtlar Aleksandr Skvortsov və Oleq Skripoçka, həmçinin Avropa Kosmik Agentliyinin italiyalı astronavtı Luka Parmitano fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.