Maraqlı

40 yaşı olan xanımlar bunu etməsin - DİQQƏT

3 Yanvar 2020 16:20
1 Şərh     Baxış: 3 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

40 yaşdan sonra qadınlar yeni makiyaj tövsiyələrini mənimsəməlidir.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, qadınlar 40 yaşa çatandan sonra həyat tərzlərini bir çox istiqamətdə dəyişməyə başlayırlar. Çünki bu yaşdan sonra dəri elastikliyini itirir, qırışlar aydın görünür.

40 yaşdan sonra xanımlar dəri tipini daha yaxşı tanımalı və ona uyğun baxım vasitələrindən istifadə etməlidir. Əks halda, edilən makiyaj da istənilən görüntünü verməyəcək.

Sağlam dəri

Ən yaxşı görünən makiyaj sağlam dəri üzərinə ediləndir. Ancaq bir çox qadın dərisini nəmləndirmədən, dəri tipinə uyğun qulluq vasitələrindən istifadə etmədən makiyaj edir. Bu da istənilən nəticəni əldə etməyə mane olur. Dərini nəmləndirən, qidalandıran vasitələrdən istifadə etmək makiyajın yaxşı görünməsi üçün vacibdir.

Düzgün "fondöten" seçimi

"Fondöten" seçimi də yaxşı makiyaj üçün əsas şərtlərdəndir. Dəri tipinə və rənginə uyğun seçilməyən "fondöten" vulqar görüntü yarada bilər.

Qidalandırıcı vasitələr

40 yaşdan sonra qadınlar 20 yaşda istifadə etdikləri makiyaj vasitələrindən istifadə etməməlidir. Bu yaşdan sonra artıq dərinin gözəlləşdirilməsi üçün qulluq vasitələrinə üstünlük verilməlidir.

Gözlərə və gözaltı torbalara qulluq

40 yaşdan sonra qadınlarda gözətrafı qırışlar artır, gözaltı torbalar daha tünd rəng alır. Bunun üçün qapadıcı vasitələrdən istifadə, sadəcə onları bir müddət gizlətmək üçün kifayət edir. Kofein, peptidlər və kimyəvi aşındırıcı maddələr kimi aktiv maddələrdən ibarət məhsulların gözlərinizə tətbiq edilməsi makiyajınızı daha da gözəlləşdirə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.