Maraqlı

Mühəndis “Linux” sistemilə işləyən vizitka formasında mikrokompüter hazırlayıb

2 Yanvar 2020 22:15
0 Şərh     Baxış: 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quraşdırılan sistemlər üzrə mühəndis Corc Hilliard kağız parçasını "Linux" sisteminin idarəetməsi altında işləyən kompüterə çevirməyə qərar verib. Belə vizit kartını kənar daşıyıcı kimi istifadə etmək olar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən vizit kartının məhsuldarlığını kompüter nöqteyi-nəzərindən qiymətləndirsək, o, "Raspberry Pi" və ya "Orange Pi"dən zəifdir. Karta az sayda radiokomponent və mikrosxem quraşdırılıb, amma istehsalçının fikrincə, sxemin konsepsiyasını dəyişdirməklə onun məhsuldarlığını asanlıqla artırmaq mümkündür.

Karta 8 MB tutumunda daşıyıcı quraşdırılıb, məhz yaddaşın bu bölməsi kiçik tutumlu proqramların quraşdırılması üçün istifadə edilə bilər. "Linux"un öncədən quraşdırılmış versiyasını yükləmək üçün isə vizit kartı daxili USB konnektoru vasitəsilə kompüterə qoşmaq kifayətdir.

İstehsalçı öz yeniliyini 2,88 dollar məbləğində qiymətləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.