Maraqlı

177 gün ərzində 195 ölkəni səyahət edən qız rekord qırdı

29 Dekabr 2019 07:28
1 Şərh     Baxış: 1 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı Leksi Alford bütün ölkələri səyahət edən ən gənc insan olaraq rekordlar kitabına düşüb. 21 yaşlı Leksi 177 gün ərzində 195 ölkəni səyahət edib.

Milli.Az xəbər verir ki, 2 il ərzində səyahət edən gənc qız rekordlar kitabına düşsə də ən sürətli səyahət edən adını qazana bilməyib. Yaşıdlarından iki il əvvəl məzun olan və universitetə qəbul olan Leksi eyni zamanda bələdçi olaraq işləyib. Mərkəzi Amerikadan sonra Cəbuni Amerikaya yollanan gənc qız Avropaya, Asiyaya, Avstraliyaya və Afrikaya üz tutub. Getdiyi sonuncu ölkə 2019-cu ildə Mozambik olub.

O səyahəti haqda danışarkən deyib ki, ölkələri gəzmək onun üçün heç də asan olmayıb. Viza problemləri və müxtəlif təhlükələrlə üzləşib. Bu müddət ərzində yorulan və xəstələnən Leksi evinə gəlib dincəldikdən sonra yenidən səyahətinə davam edib.

Leksi ümid edir ki, onun dünya səyahəti digər insanlara da ilham mənbəyi olacaq. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.