Maraqlı

Ford-un nasaz əyləclərə görə 600 mindən çox avtomobili geri çağırıldı

28 Dekabr 2019 23:45
0 Şərh     Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Ford şirkətinə məxsus bütün dünya üzrə 600 mindən çox avtomobilin yaxın zamanlarda geri çağırılmasına başlanılacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, məcburi proqram 2006-cı ildən 2009-cu ilə qədər Ermosilyo şəhərində istehsal edilən Fusion, Milan və MKZ modellərinə toxunub. Buna səbəb səhv aşkar edilmiş hidravlik nəzarət blokundadır. Belə ki, hər hansı bir anda blokdakı klapan açıla bilər.

Mütəxəssislər bu nasazlığın yollarda qəzalara gətirib çıxaracağını istisna etmirlər. Bundan əlavə, artıq qüsurun 15 yol-nəqliyyat hadisəsinə səbəb olduğu elan edilib. İstehsalçı, hidravlik nəzarət vahidinin qüsurunun aradan qaldırılması üçün bütün işlərin şirkətin hesabına həyata keçiriləcəyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.