Maraqlı

Oğurladığı pulları yeni il hədiyyəsi olaraq havaya sovurdu

27 Dekabr 2019 03:30
1 Şərh     Baxış: 1 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da yeni il qabağı yaşlı kişi bankdan oğurladığı pulları ''Yeni iliniz mübarək'' deyərək küçəyə səpələyib.

Milli.Az xəbər verir ki, ABŞ-ın Colorado əyalətində David Vayne Oliver yaşlı adlı kişi bankdan külli miqdarda pul oğurlayıb. Və həmin pulları küçəyə çıxaraq havaya sovurub. Hadisə şahidlərindən Dion adlı şəxs gördüklərini danışarkən ''Bankı soyub, küçəyə çıxdı. Pulları havaya sovurmağa başladı. Üstəlik pulu səpələyərkən yeni il bayramınız mübarək deyə bağırırdı'' sözlərini deyib. Daha sonra məlum olub ki, maraqlı soyğunu törədən Davidin 65 yaşı var və polis tərəfindən saxlanılıb. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.