Maraqlı

YouTube-da yeni funksiya sınaqdan keçirilir

26 Dekabr 2019 08:59
0 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google tərəfindən maraqlı xüsusiyyət sınaqdan keçirilməyə başlanılıb. TED.az xəbər verir ki, bu sınaq YouTube tətbiqində həyata keçirilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, çox vaxt YouTube videoları bir neçə tanınmış müəllif tərəfindən yaradılır. Məhz belə ortaq layihələr üçün yeni xüsusiyyət yaradılıb. İnterfeysdə "featured in this video" (videoda iştirak ediblər) adlı bir bölmə meydana gəlib.

Funksiya vasitəsilə layihədə iştirak edən müəlliflərin YouTube kanalına avtomatik bağlantılar yaradır. Nəticədə müəlliflər videonu xırda keçidlərlə korlamayacaq və izləyicilər bütün iştirakçılarla asanlıqla tanış ola biləcəklər.

Google-dan verilən açıqlamada əlaqələrin "bir sıra əlamətlər" əsasında yaradılacağı qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.