Türkiyəli müğənni Alişan sünnət qonaqlığında çəkildiyi iddia olunan fotoyla bağlı açıqlama verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni Bülənt Ərsoyun da yer aldığı fotonun onun yox, başqa uşaqların sünnət qonaqlığında çəkildiyini bildirib:
"Mənim sünnətim deyildi. Bülənt Ərsoy maddi vəziyyəti yaxşı olmayan 50 ailənin uşağını sünnət etdirmişdi. Biz də ailəvi şəkildə həmin qonaqlığa dəvət olunmuşduq".
Milli.Az