Türkiyənin günlərdir danışdığı fotonun tarixçəsi açıqlandı

21 Dekabr 2019 18:15

Türkiyəli müğənni Alişan sünnət qonaqlığında çəkildiyi iddia olunan fotoyla bağlı açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni Bülənt Ərsoyun da yer aldığı fotonun onun yox, başqa uşaqların sünnət qonaqlığında çəkildiyini bildirib:

"Mənim sünnətim deyildi. Bülənt Ərsoy maddi vəziyyəti yaxşı olmayan 50 ailənin uşağını sünnət etdirmişdi. Biz də ailəvi şəkildə həmin qonaqlığa dəvət olunmuşduq".

Milli.Az