Maraqlı

Bu həkimlər 3 qitənin sakinlərinə pulsuz tibbi xidmət göstərir

22 Dekabr 2019 19:05
0 Şərh     Baxış: 1 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2006-cı ildən etibarən türk həkimləri üç qitənin 20 ölkəsində aztəminatlı ailələrə tibbi yardım göstərir. Məlumata əsasən, Türkiyə Asiya, Afrika və Avropada 13 ildə 46 dəfə "Sağlamlıq həftəsi" kampaniyası keçirib, bu müddət ərzində əhalinin az təminatlı təbəqəsi pulsuz məsləhətləşmə və müalicə ala bilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bundan əlavə, Türkiyə həkimləri təcrübələrini dost və qardaş ölkələrdən olan həmkarları ilə bölüşürlər. "Sağlamlıq həftəsi" kampaniyası çərçivəsində türkiyəli həkimlər 5 min əməliyyat keçirib, 26 min məsləhətləşmə təşkil edib və xaricdə 5700 həkim yetişdirib. Yanvarın 29-dan 8-dək Türkiyə Səhiyyə Nazirliyi Daşkənddə "Səhiyyə həftəsi" kampaniyası və sağlamlıq mövzusunda Türkiyə-Özbəkistan iş forumu təşkil etmişdir. Kampaniya çərçivəsində türkiyəli həkimlər 13 il ərzində 143 əməliyyat, 446 konsultasiya və 794 özbək həkiminə təlim keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.