Maraqlı

Rusiyada robotların fəaliyyəti qanuniləşdirildi

22 Dekabr 2019 19:35
1 Şərh     Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ədliyyə Nazirliyi vətəndaşlardan borc toplamaq üçün kollektor robotlarının istifadəsini qanuniləşdirməyi təklif edib.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə normativ hüquqi aktlar saytında dərc olunan qanun layihəsində deyilir.

Sənəddə bir sıra məhdudiyyətlər də mövcuddur. Robot gündə bir dəfədən çox, təqvim həftəsində iki dəfədən çox, təqvim ayı ərzində səkkiz dəfədən çox olmayaraq istifadə edilə bilər.

Dekabrın 5-də Dövlət Duması qeyri-qanuni kollektorluq fəaliyyətlərinin kriminallaşdırılmasını təklif edib. Aşağı palatanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin müavini Aleksandr Xinşteyn bu qərara parlamentin əvvəllər qəbul etdiyi məhdudlaşdırıcı tədbirlərə məhəl qoymayan kollektorlara qarşı vətəndaşların kütləvi şikayətlərinin səbəb olduğunu bildirib.

Qeyd edək ki, robot kollektoru nitq yaratma sistemindən istifadə edərək səsli mesajların göndərilməsi üçün bir xidmətdir, eyni zamanda borclularla danışıqların müxtəlif ssenarilərini dəstəkləyə biləcək və bu da onlarla qarşılıqlı əlaqə hesab ediləcəkdir. Sistemin borclular ilə ünsiyyət üsullarından biri ola biləcəyi deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.