Maraqlı

“Google” şirkəti “Chrome 79” versiyasının quraşdırılmasını bloklayıb

21 Dekabr 2019 07:01
0 Şərh     Baxış: 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Proqramçılar istifadəçi məlumatlarının silinməsi və mobil proqramların yenidən qurulması ilə bağlı ciddi səhv aşkarlandığı haqda məlumat verdikdən sonra "Google" şirkəti "Chrome" brauzerinin 79-cu versiyasının quraşdırılması imkanını deaktiv edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən səhv "Chrome 78"dən "Chrome 79"a yeniləmə prosesi zamanı yaranır. "Google" öz səhvini etiraf edib və izah edib ki, "LocalStorage" və "WebSQL" qovluqlarındakı məzmunu brauzerin yeni direktoriyasına köçürməyi unudublar, buna görə də istifadəçilər öz məlumatlarına, fayllarına, sazlamalarına, hətta öz hesablarına giriş imkanından məhrum olublar.

Bu problem haqqında məlum olan kimi "Google" öz brauzerinin yeniləməsinin quraşdırılmasını dayandırıb və proqramçılar problemin həllinin axtarışı ilə məşğul olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.