Maraqlı

NASA-dan YENİ KƏŞF: 300 yaşı var

16 Dekabr 2019 22:20
0 Şərh     Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiter planetində nəhəng qasırğa kəşf edib.

Milli.Az xəbər verir ki, alimlər qasırğanı "Yuno" kosmik gəmisinə kritik manevr etdirməyə çalışarkən təsadüfən görüb.

Qasırğanın ölçüsü ABŞ-ın Texas ştatı boydadır. Bu günə qədər Yupiterdə kəşf edilən 6 qasırğadan daha böyük olan bu tapıntı planetdə yeni hadisələrin baş verdiyinə işarə kimi şərh edilir.

Qasırğanın 300-ə yaxın yaşı olduğu bildirilir.

Qeyd edək ki, "Yuno" kosmik gəmisi 5 avqust 2011-ci ildə kosmosa göndərilmişdi. O, 4 iyul 2016-cı ildə Yupiterin orbitinə çatmışdı. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.