"Park Cinema"da "Cumanci" filminin təqdimatı baş tutub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün "Park Cinema" kinoteatrının "IMAX" filialında "Cumanci" filminin premyerası baş tutub. Kinoteatrın gözləmə zalı filmin mövzusuna uyğun olaraq meşə kimi dekorasiya edilib, yırtıcı heyvanların maketləri qoyulub. Bu da təqdimata gələn şəxslərin ən çox diqqətini çəkən məqamlardan olub.
Furşetlə başlayan tədbirdə bloqerlər, əcnəbi qonaqlar və jurnalistlər iştirak ediblər. Premyera zamanı təsadüfi seçilən iki nəfərə hədiyyə verilib. Park Cinema şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyevin çıxışından sonra film başlayıb. O, dəvətliləri qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Kinodan əvvəl #biznağıldanışmırıq həştəqli illik yekun video təqdim olunub. Video 2019-cu il ərzində keçirilən qala gecələri və təqdimatlar zamanı baş verən maraqlı anların görüntülərindən ibarət olub.
"Jumanji" filmi 2019-cu ildə ABŞ-da çəkilib. Fantastik janrda lentə alınan filmdə komediya səhnələri də üstünlük təşkil edib. Rejissor Jake Kasdan-ın çəkdiyi film 2 saat 3 dəqiqə davam edir.
Film yaşı 12-dən yuxarı olan hərkəs üçün nəzərdə tutulub. Ekran işində məşhurlardan "Forsaj" filminin qəhrəmanlarından olan Dveyn Conson da var. O, iki aktrisa ilə öpüşmə səhnəsinə çəkilib. Aktrisalardan biri Şotlandiya əsilli Karen Gillandır. O, ekran işində açıq-saçıq geyimi ilə diqqət mərkəzində olub.

Filmin büdcəsi açıqlanmasa da, qısa zaman ərzində 40 milyon dollar gəlirin əldə ediləcəyi ehtimal olunur.
Qeyd edək ki, film bugündən etibarən Park Cinema kinoteatrlarında nümayişə qoyulub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)





