Məşhur şoumen Cem Yılmaz qala gecəsində xəyali sevgilisi ilə yadda qalıb.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, Cem Yılmaz dünən axşam Mahsun Kırmızıgülün ''Möcüzə aşk'' filminin qala gecəsinə qonaq olub.
Belə ki, o tədbirə tək qatılmasına baxmayaraq, elədiyi zarafatlarla diqqət çəkib. Sevgilisi Defne Samyeli ilə ayrılan şoumen, kameralar önündə sağ qolunu qaldıraraq, ''Gəl həyatım'' deyərək xəyali sevgilisini qucaqlayaraq zarafat edib.
Qeyd edək ki, 1 il 5 ay birlikdə eşq yaşayan cütlük keçən ay yollarını ayırıb.
Milli.Az