İnstagram hesabını silmək və dondurmaq qaydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2015-ci ildən başlayaraq daha da populyarlaşan instagram həm ünsiyyət, həm də qazanc platformasına çevrilməyi bacarıb. Instagram istifadəçilərinin orta yaş həddi 18-33 arasında dəyişir. Statistikaya əsasən onların 60%-i minimum gün ərzində heç olmasa bir dəfə öz hesablarını yoxlayırlar. Ölkəmizdə də bu sosial şəbəkəyə maraq çox böyükdür. Bu xəbərdə "İnstagram hesabını necə silmək və ya dondurmaq olar?" sualına aydınlıq gətirəcəyik. Öncədən qeyd edək ki, bütün yazılanları diqqətlə oxuyun və birə-bir eynisini tətbiq etdiyinizdən əmin olun.
1. İnstagram hesabını silmək.
İnstagram hesabınızı silmək istəyirsinizsə bilməlisiniz ki, hesabınızda olan bütün şəkillər, məlumatlar silinəcəkdir və bir daha o hesabı açaraq istifadə edə bilməyəcəksiniz. Bu şərtlər sizə uyğundursa aşağıdakı linkə daxil olaraq "hesabınızı silmək prosesi"-ni başlada bilərsiniz.
İnstagram hesabınızı silin
Bu bölmədə soruşulan 6 səbəbin sizə daha uyğun olanını seçin. Səbəblər müvafiq olaraq bu ardıcıllıqladır:
İstifadəyə başlamaq çətin gəldi.
İkinci bir hesab açdım.
Bir obyekti silmək istəyirəm.
Çox vaxtımı alır.
İzləyəcək insanlar tapa bilmirəm.
Başqa bir səbəb.
Hesabınızı silə bilmək üçün sonda sizdən şifrəniz tələb ediləcəkdir. Şifrənizi doğru şəkildə daxil edib son mərhələdə "hesabımı daimi olaraq sil" yazısına toxunun. İnstagram hesabınız tamamilə silinəcəkdir.
2. İnstagram hesabını dondurmaq.
İnstagram hesabını müvəqqəti olaraq silib daha sonra yenidən bərpa etmək istəyirsinizsə onda bu funksiya daha çox işinizə yarayacaqdır. Dondurduğunuz hesabınızı istifadəçi adı və şifrəsini unutmamaq şərti ilə bərpa edə bilərsiniz. Dondurulmuş hesabın şifrəsini yeniləyə bilməzsiniz! Bu şərtlər sizə uyğundursa aşağıdakı linkə daxil olaraq "hesabınızı dondurmaq prosesi"-ni başlada bilərsiniz.
İnstagram hesabınızı dondurun
Bu bölmədə soruşulan 7 səbəbin sizə daha uyğun olanını seçin. Səbəblər müvafiq olaraq bu ardıcıllıqladır:
Fasilə vermək istəyirəm.
İstifadəyə başlamaq çətin gəldi.
İkinci bir hesab açdım.
Gizliliklə bağlı narahatlıq.
Çox vaxtımı alır.
İzləyəcək insanlar tapa bilmirəm.
Başqa bir səbəb.
Bu səbəblərdən birini seçdikdən sonra hesabın sizə aid olduğunu təsdiqləməniz üçün şifrənizi daxil edin. Cari İnstagram şifrənizi daxil etdikdən sonra "Hesabı müvəqqəti bağla" yazısını tıklayın. Hesabınız dondurulacaqdır. Sonda ekrana "Hesabınız müvəqqəti olaraq bağlandı. Yenidən aktivləşdirmək üçün hesabınıza daxil olun" yazısı çıxacaqdır.
Qeyd: Dondurduğunuz hesaba ilk 24 saat ərzində daxil ola bilməzsiniz. Daxil olmağa cəhd etdiyinizdə "yanlış şifrə" xətası gələcəkdir. Yenidən aktivləşdirdiyiniz hesabınızdakı şəkillər və məlumatların hamısı həmin an deyil, bir neçə gün ərzində də bərpa oluna bilər. Ona görə də hesabınızı aktivləşdirdiyinizdə hansısa şəkil və ya məlumat yoxdur deyə narahat olmayın. Yuxarıda qeyd olunan proseslərin hər biri kompüter ilə edilməlidir və kompüter ilə dondurduğunuz hesabı mobil telefon ilə aktivləşdirə bilməzsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İdman zalında şok GÖRÜNTÜ: Buna görə it yeməyi YEYİR - VİDEO
-
2026-cı ildə bu məşhurların qapısında TOY ÇALINDI - FOTOlar
-
Öncə qəhvə için, sonra toxunun: Baxın necə təsir edirmiş
-
Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var
-
Günün qoroskopu: Gözlənilməz xərclər, unudulmuş borclar üzə çıxa bilər
-
İdman ayaqqabılarının arxasındakı halqa bunun üçün imiş
XƏBƏR LENTİ
-
İdman zalında şok GÖRÜNTÜ: Buna görə it yeməyi YEYİR - VİDEO
-
Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi
-
Alma sirkəsi şəkər xəstələrini sağaldır?
-
Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
-
2026-cı ildə bu məşhurların qapısında TOY ÇALINDI - FOTOlar
-
Öncə qəhvə için, sonra toxunun: Baxın necə təsir edirmiş
-
Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var
-
Günün qoroskopu: Gözlənilməz xərclər, unudulmuş borclar üzə çıxa bilər
-
Zelenski rus dili ilə bağlı qanun imzaladı
-
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu
-
"Sabah"-ın yeni transferi
-
İdman ayaqqabılarının arxasındakı halqa bunun üçün imiş
-
Perez yeni transfer üçün 70 milyon ödəməyə hazırdır
-
“Zərbələrin intensivliyini artıracağıq” - Vladimir Putin
-
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
-
Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - VİDEO
-
Kanada Bosniya və Herseqovinaya qarşı - Start heyətlər
-
Razı salınması ən çətin olan 5 bürc
-
“Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik” - MEDİA
-
Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla dost olmayıb
-
Azərbaycan–Slovakiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
-
Bakıda mövsümün musiqi imzası təqdim olundu – Signature Gala Night – FOTO
-
Acun Ərdoğana hədiyyə verdi - FOTO
-
BDU-nu maksimal nəticə ilə bitirən məzunların adı açıqlandı





