Maraqlı

Rusiya bütün avtomobilləri izləmək üçün platforma yaradır

19 Noyabr 2019 23:15
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11 noyabr 2019 ildə "Avtodata" platformasının inkişafı üçün əlavə olaraq 1,3 milyard rubl büdcə vəsaiti lazım olduğu məlum olub. Qeyd edək ki, bundan əvvəl dövlət bu layihəyə artıq 325 milyon rubl ayırıb. Layihənin sifarişçisi "QLONASS"dır.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni xərclər barədə "Avtonet" NTİ-nin rəhbərinin müşaviri və "QLONASS"-ın vitse-prezidenti Yevgeni Belyanko məlumat verib.

Onun sözlərinə görə, yeni vəsaitlər bu xidmətlər üçün proqram təminatının yenidən işlənməsinə, avadanlığın alınmasına və testlərə yönəldiləcək. Belyanko layihənin özünü ödəmə qabiliyyətinə 3-5 il ərzində çıxacağına ümid edir.

"Avtodata" layihəsi artıq mövcud olan rəqəmsal sistemlərin avtomobil və nəqliyyat məlumatlarını toplayacaq, saxlayacaq və emal edəcək milli platformanın yaradılmasını nəzərdə tutur. Bu, avtomobilin istismarı, sürücülərin sağlamlığı, eləcə də xarici ətraf mühit haqqında məlumatdır (yolun keyfiyyəti, hava şəraiti, istifadə coğrafiyası və s.).

Qanunun tələb etdiyi hallar istisna olmaqla, "Avtodat" avtomobil barədə məlumatları yalnız mülkiyyətçinin razılığı ilə toplamaya və idarə edə biləcək. Məlumatlar yalnız Rusiya Federasiyası ərazisində istismar edilən avtomobillərdən toplanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.