Məsamələri sıxlaşdıran 4 effektiv dəriyə qulluq vərdişi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Güzgüyə baxanda hamar, canlı və parlaq bir dəri görməyi hamımız istəyirik. Ancaq havanın çirkliliyi, makiyaj qalıqları və dərinin təbii yağ istehsalı zaman keçdikcə məsamələrin daha çox nəzərə çarpmasına səbəb olur. Əlbəttə, məsamələri tamamilə yox etmək mümkün deyil, çünki onlar dərinin "nəfəs aldığı" kanallardır. Lakin düzgün və davamlı vərdişlərlə məsamələri daha sıx və kiçik göstərmək mümkündür.
Milli.Az gündəlik rutininizə əlavə edərək fərqi hiss edəcəyiniz 4 vacib vərdişi təqdim edir:
İki mərhələli təmizliyi unutmayın
Məsamələrin geniş görünməsinin əsas səbəbi gün boyu içlərində yığılan yağ, çirk və makiyaj qalıqlarıdır. Dərini yalnız su ilə yumaq məsamələrin dərinliyindəki bu çirkləri təmizləmək üçün kifayət etmir. Axşamlar qulluğa əvvəlcə yağ bazlı təmizləyici ilə başlayıb, ardınca su bazlı təmizləyici gel ilə davam etmək məsamələrin dərindən təmizlənməsini və nəfəs almasını təmin edir. Bu, genişlənmənin qarşısını alan ən vacib addımdır.
Salisilik turşu (BHA) ilə məsamələri dərindən təmizləyin
Dərinin səthini təmizləmək qədər, məsamələrin içini təmizləmək də vacibdir. Məsamə sıxlaşdırıcı məhsullar arasında ən təsirli olanı Salisilik turşudur (BHA). Bu turşu yağda həll olduğu üçün məsamələrin içinə nüfuz edir və orada yığılan artıq yağı, ölü hüceyrələri nazikcə əridib təmizləyir. Həftədə bir neçə dəfə rutininizə əlavə edəcəyiniz BHA tərkibli tonik və ya serum dərinin çox daha hamar görünməsini təmin edər.
Niasinamid ilə yağ balansını qoruyun
Gün ərzində dəriniz həddindən artıq yağlanırsa, məsamələriniz bu yağı xaric etmək üçün təbii olaraq genişlənir. B3 vitamini kimi tanınan Niasinamid, yağ istehsalını tarazlamaq üçün əla vasitədir. O, dərinin artıq yağ istehsalını nəzarət altına alarkən, eyni zamanda məsamə divarlarının elastikliyini artırır. Beləliklə, məsamələrin boşalması əvəzinə daha sıx və kiçik görünməsinə kömək edir.
Nəmləndirməyi unutmayın
Yağlı və məsaməli dərsi olanların etdiyi ən böyük səhv, dərini həddindən artıq qurudaraq yağdan təmizləməyə çalışmaqdır. Dəri nəmsiz qaldıqda, itirdiyi nəmi bərpa etmək üçün daha çox yağ istehsal edir və bu da məsamələri daha çox nəzərə çarpdırır. Yüngül strukturlu, su bazlı və hialuron turşusu ehtiva edən nəmləndiricilər dərinin nəm baryerini qoruyur. Dəri nəmləndikdə dolğunlaşır, bu da məsamələrin optik olaraq daha kiçik görünməsinə kömək edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Rəqsanənin əri ilə paylaşımı diqqət çəkdi - (Foto)
-
Maykl Cekson buna görə uşaqlarına maska taxdırıb - (Foto)
-
Üç bürc üçün şanslı həftə
-
Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər
-
Lamin Yamalın rekordunu yenilədi
-
4 yaşlı “Fənərbağça” azarkeşinin formasını çıxartdırdılar – Matçda qalmaqal - (Video)
XƏBƏR LENTİ
-
Rəqsanənin əri ilə paylaşımı diqqət çəkdi - (Foto)
-
Maykl Cekson buna görə uşaqlarına maska taxdırıb - (Foto)
-
“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif edəcək
-
Üç bürc üçün şanslı həftə
-
Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər
-
Sindi Kroufordun qızı: "Cinlər məni təqib edirdi"
-
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
-
Kamilə Babayevaya ağır itki
-
Şahruddin keçmiş klubuna qayıda bilər
-
Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl (Foto)
-
“Qarabağ” çempionata qələbə ilə başladı
-
“Neçə nəfəri öldürdüyümü xatırlamıram” - 10 ərini öldürən iranlı qadın
-
Tramp: İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verilməyəcək
-
Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı - (Yenilənib)
-
Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi
-
Müğənni Zeynəb ərə getdi - (Foto)
-
Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi
-
Rusiya Ukrayna savaşında 1,4 milyon əsgər itirib
-
Bakıda gənc müəllimi “tok” vurub öldürdü
-
Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Lamin Yamalın rekordunu yenilədi
-
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Baş Prokurorluq üç Rusiya vətəndaşını terrorçuluğa çağırışlara görə beynəlxalq axtarışa verib
-
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi açıqlanıb





