Toyota Land Cruiser yenilənmədən sonra qabiliyyətlərini itirməyəcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Toyota şirkəti hər zaman yeni nəsildən olan avtomobillər üzərində aparılan işləri gizli saxlamağa üstünlük verir. Əsasən də, yapon maraksının sevimli modeli Land Cruiser ofrouderi barədə. Toyota Land Cruiser ofrouderinin növbəti nəsli olan 300 modelinə gəldikdə isə, yaponlar hətta eyhamlarla danışmaq belə istəmirlər. Lakin, model aşıqləri müəyyən məlumatı əldə etmək cəhdlərindən əl çəkmirlər.
Milli.Az autograph.az-a istinadən bildirir ki, Land Cruiser modelinin pərəstişkarlarını maraqlandıran əsas suallardan biri avtomobilin ramanı saxlayıb-saxlamaması məsələsidir. Qeyd etmək lazımdır ki, praktiki olaraq yapon markasının bütün rəqibləri müasir şəraitdə ramanın imkanlarının tükəndiyini bildirərək aparıcı kuzovlara keçiblər. Land Cruiser 300 modelinin baş mühəndisi olan, həmçinin 70, 200 və Prado modellərinin üzərində işləmiş Sadayoşi Koyari belə bu məsələyə aydınlıq gətirməyə hazır olmadığını bildirib.
Toyota nümayəndələri yeni avtomobilin istənilən halda etibarlı və yüksək yolsuzluq qabiliyyətlərinə malik olacağını bildiriblər. Hətta, hibrid güc qurğusuna sahib olması halında belə. Avstraliyanın Motoring nəşrinin verdiyi xəbərdə "üçüzün" bu ölkənin aktiv iştirakı ilə hazırlandığını bildirib. Məlumdur ki, əhəmiyyətinə görə Avstraliya Yaxın Şərqdən sonra Toyota Land Cruiser üçün ikinci vacib bazarlardan biridir. Hibridin peyda olması labüddür, çünki Toyota qarşısında duran vəzifələrdən biri öz modellərinin elektrikləşdirilməsi səviyyəsini yüksəltməkdir. V8 mühərriki isə çox güman ki, yeni nəsil üçün təklif edilməyəcəkdir.
Toyota Land Cruiser modelinin təchiz ediləcəyi top mühərrik Lexus şirkətinin istifadə etdiyi 420 at qüvvəli 3,4-litrlik V6 turbodizeli olacaqdır. Avstraliya bölümünün PR mütəxəssisi Ceyms Vanq V6 mühərriki üçün təklif edilən transmissiyanın Land Cruiser 300 üçün adaptasiya ediləcəyini bildirib. Bundan başqa, ofrouder avtonom idarəetmə funksiyalarını, yaxşılaşdırılmış təhlükəsizlik səviyyəsini, eksteryer və interyerin müasir dizaynını əldə edəcəkdir.
Ən maraqlısı isə, şirkət yeni modelin debüt edəcəyi təxmini vaxtı da təsdiq etməyə hazır deyil. Hazırki Land Cruiser 200 modeli sanballı yaşa malik olmasına baxmayaraq əla satılır, onun müştəri bazası isə ən sadiqlərdəndir. Odur ki, yaxın zamanlarda yeni modeli gözləmək lazım deyil.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Aşk ve taht" final edir
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
XƏBƏR LENTİ
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq





