Hamı bu televiziya kanalından danışır: Rəhbərdən iddialı MESAJLAR - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə son günlərin trendi "AYTV1" internet televiziyasında yayımlanan verilişlərdir. Xüsusən də, onlar arasında "Qızıl səslər" və "Əsrin Ziyalıları" verilişləri çox müzakirə olunur.
Milli.Az xəbər verir ki, internet televiziya kanalı ilə bağlı lent.az-ın suallarını cavablandıran "Aytv1" kanalının studiya rəhbəri əməkdar jurnalist Rəşad Tərlanoğlu bildirib ki, artıq kanal 2 il yarımdır fəaliyyət göstərir:
"Kanalımızın təsisçisi və baş direktoru şair Məleykə Göyçəli olsa da, idarəçi mənəm. Burada hər şeydən xəbərdaram. Bildirim ki, kanalımız internet televiziyası olsa da, artıq "Smart" televiziyası ilə də yayımlanırıq. Hazırda 30-a yaxın əməkdaşımız var və studiyamız "Azərbaycan" nəşriyyatında yerləşir. Əvvəllər 24 saat yayımımız var idi, indi ancaq layihəçilərim var, onlar gəlirlər və verilişləri canlı gedir".
R.Tərlanoğlu qeyd edib ki, insanların əksəriyyəti kanalın harada yerləşməsini və hansı səviyyədə qonaqların gəlməsini çox yaxşı bilir:
"Son vaxtlar kanalımız çox paylaşılır. Düşünürəm ki, hər öndə gedən kanal haqqında nələrsə danışılmalı, paylaşılmalıdır. Bütün bunlar təbii haldır.
Elə insanlar olur ki, başqa heç bir kanala getmirlər, ancaq bizə gəlirlər. Məsələn, tez-tez xalq artistləri, həmçinin əməkdar artistlər qonağımız olur. Hətta Flora Kərimova, Niyaməddin Musayev də bizə qonaq gəliblər.
Bilirəm ki, daha çox danışılan "Qızıl səslər" verilişinin aparıcısı Qənirə xanımdır. Əlbəttə, televiziyada insan yaxşılığı ilə tanınmaq istəyər. Bizim haqqımızda yazan saytların, səhifələrin nəyin əsasında kimlər tərəfindən paylaşıldığını biz yaxşı bilirik. Biz onların hamısına tam səmimi formada cavab veririk. Hətta bir neçə məşhur teleaparıcının, şoumenin paylaşımları da olub, tapşırıq verildikdən sonra onlar paylaşdıqlarını siliblər".
Kanalın studiya rəhbəri son olaraq bildirib ki, pislə yanaşı, yaxşıları da demək lazımdır:
"Bəzi "insanlara" demək istəyirəm ki, "Qızıl səslər" verilişinə Flora Kərimova, böyük dahi insanlar, xalq artistləri, Kəmalə Rəhimli, eləcə də digər yerlərə getməyib, ancaq bizə gələn şəxslər gələndə niyə bunu işıqlandırmayıblar? Əgər biz müsəlmanıqsa, bir millətiksə, humanist xalqıqsa, pisi deyəndə yaxşını da unutmamalıyıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





