Məhərrəm ayında qara geyinməyin fəlsəfəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məhərrəm ayı gələn zaman hər yer qara rəngə bürünər və matəm başlayar. Bəs bu qara rəngin fəlsəfəsi nədir?
Hələ qədim zamandan bəri qara geyim matəm və əza nişanəsi olmuşdur.
Əgər kiməsə müsibət üz verər və yaxın bir insanını itərərdisə, qara rəngli paltar geyinərdi. Bu məsələ Əhli-Beytlə (ə) də bağlı bəyan edilir. İmam Rza (ə) buyurur: "Allahın rəhməti o kəsə olsun ki, bizim işimizi dirçəldir".
Milli.Az islam.az-a istinadən bildirir ki, Rəyan ibni Şəbib nəql edir: "Məhərrəm ayının birində İmam Rzanın (ə) xidmətinə gəlmişdim. Həzrət (ə) mənə buyurdu: "Ey Şəbibin oğlu! Əgər Hüseynə (ə) elə ağlasan ki, göz yaşların yanağından axar, Allah etdiyin hər bir günahı bağışlayar. Əgər behiştdə bizimlə bir dərəcədə olmaq istəyirsənsə, bizim qəmimizə qəmlən, sevincimizə sevin".
Ona görə də deyə bilərik ki, Məhərrəm ayında qara geyinməyimizin fəlsəfəsində Əhli-Beyt (ə) məktəbi durur. Başqa bir tərəfdən tarix də bunu təsdiq edir ki, qara rəngli paltar qəm və qüssənin əlamətini büruzə verir.
Əsma binti Əmis nəql edir: "O zaman ki, Cəfər Təyyar şəhid olur, Həzrət Peyğəmbər (s) mənə buyurmuşdu: "Üç gün əyninə qara paltar geyin, ondan sonra necə istəsən et"".
İbni Əbil Hədid nəql edir ki, o zaman ki, İmam Əli (ə) şəhid olur, İmam Həsən (ə) ona əza saxlayıb qara geyindi.
İmam Səccad (ə) atasının qətlindən sonra Dəməşq məscidində xütbə deyən zaman buyurmuşdu: "Mən və Əhli-beytim (ə) əza libası geyinmişik. Yeni paltar geyinmək bizə rəva deyildir".
Bundan başqa, karvan Mədinəyə qayıdan zaman Bəni-Haşimin bütün qadınları qara geyim geyindilər və başlarına xına yaxmadılar, zinətlərini kənara qoyub, əza saxladılar.
Ona görə də Məhərrəm ayında qara geyinməyi bir sünnət hesab edə bilərik. Baxmayaraq ki, qara rəngin adi halda kərahəti vardır, ancaq bu rəng qəm və qüssə rəngidir. Bu rəngdə olan paltar geyinərək, Əhli-Beytin (ə) əzasına biz də qoşulur və onlarla həmrəy oluruq. Bu yolla öz qəm və qüssəmizi nişan vermək istəyirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
XƏBƏR LENTİ
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı





