Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəniz dərinliklərində məskunlaşan metanolipariya mikroorqanizmi xam nefti karbon qazına və metana ayırmaq xassəsinə malikdir. Bu qənaətə alman alimləri gəliblər. İndi tədqiqatçılar bu kəşfdən istifadə edərək, əks prosesi - metanın neftə emal edilməsini həyata keçirmək niyyətindədirlər.
Maks Plank adına Elmi Tədqiqatlar Cəmiyyətinin (Almaniya) Dəniz Mikrobiologiyası İnstitutundan olan alimlər aşkar ediblər ki, dənizin dərinliklərində məskunlaşan metanolipariya (Methanoliparia) mikroorqanizmi bakteriyaların iştirakı olmadan xam nefti metan və karbon qazına parçalaya bilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, metanolipariya - arxey kimi tanınan qədim ibtidai birhüceyrəli orqanizmlərdən biridir. Arxeylərin mürəkkəb üzvi birləşmələrin parçalanmasında iştirak etməsi alimlərə daha əvvəl də məlum idi. Lakin indiyədək hesab olunurdu ki, bu proseslərdə bakteriyalar iştirak edir.
Mütəxəssislər Meksika körfəzinin 3 kilometr dərinliklərindən çöküntülərin nümunələrini toplayıblar. Həmin hissədə neftin və təbii qazın dəniz suyuna təbii halda sızması baş verir. Daha sonra onlar bu nümunələrdə mikroorqanizmləri, o cümlədən metanolipariyanı öyrəniblər. Təhlillər göstərib ki, metanolipariyanın ifraz etdiyi enzimlər xam nefti parçalayır, daha sonra digər enzimlərin köməyi ilə alınan sadə karbohidrogenləri metana emal edir.
Tədqiqatçılar aşkar ediblər ki, metanolipariyaya dünyanın hər yerində olan dəniz neft yataqlarında rast gəlmək mümkündür. Həmçinin müəyyən edilib ki, neft yataqlarından xaricdə bu orqanizm məskunlaşmır. Bu səbəbdən alimlər hesab edirlər ki, metanolipariya neftin metana emal edilməsində əsas rol oynayır. Metan ən zərərli istixana qazlarından biridir. Alimlərin hesablamalarına görə, onun atmosferə tullantısının təsiri həmin miqdarda karbon qazının tullantısının təsirindən 25 dəfə güclüdür.
Hazırda tədqiqatçılar süni mühitdə metanolipariyanın ştammının alınması üzərində iş aparırlar. Əgər layihə uğurlu alınarsa, o zaman mikroorqanizmin daha ətraflı tədqiqatlarına və onun tətbiqinin potensial üsullarına başlanılacaq. Çox ümidverici hal isə əks sintez prosesinin kəşfi - metanın neftə çevrilməsi ola bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
XƏBƏR LENTİ
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)





